“Memarlıq və İnşaat” klubunun fəaliyyət istiqamətləri və  layihələri müzakirə olunub “Memarlıq və İnşaat” klubunun fəaliyyət istiqamətləri və layihələri müzakirə olunub

, baxılıb - 287 dəfə

   Bakı Mühəndislik Universiteti (BMU) keyfiyyətli təhsil verməklə yanaşı, tələbələrə müxtəlif dərnəklər və klublar təsis etməkdə də dəstək olur. Bunun əsas məqsədi tələbələrin asudə vaxtlarında daha səmərəli fəaliyyətlərlə məşğul olmasına kömək etməkdir. Tələbələr təsis etdikləri dərnək və klublar vasitəsilə universitet illərində topladıqları nəzəri biliklərini müxtəlif tədbirlər, layihələr və proqramlar təşkil etməklə möhkəmləndirir, həmçinin gələcək iş karyeralarında əvəzedilməz imkanlar əldə edirlər. Bu məqsədlə BMU-nun Mühəndislik fakültəsinin “Memarlıq və İnşaat” kafedrasının bir qrup tələbələri tərəfindən 29 noyabr 2018-ci il tarixində “Memarlıq və İnşaat” klubu təsis edilib və klubun ilk təqdimat tədbiri 8 dekabr 2018-ci il tarixində universitetin akt zalında keçirilib.

  Təqdimatda klubun sədri Daşdəmir Bayramov çıxış edərək klubun təsis edilməsinin səbəblərini, fəaliyyət istiqamətlərini, hazırlayacaqları müxtəlif proqram və layihələr haqqında ümumi məlumat verib. Daha sonra BMU-nun “Memarlıq və İnşaat” kafedrasının müdiri, əməkdar memar, professor Sabir Orucov klubun təsisçilərinə təşəkkür edərək bildirib ki, tələbələrin asudə vaxtlarının səmərəli təşkilində və gələcək iş həyatlarında klubun əvəzedilməz rolu olacaqdır. O qeyd edib ki, klubun fəaliyyətinin genişləndirilməsi üçün həm kafedra əməkdaşları, həm də sədri olduğu “Memarlıq, İnşaat və Dizayn” İctimai Birliyi əlindən gələn köməyi göstərməyə çalışacaqdır. Tədbirdə həmçinin “Memarlıq və İnşaat” kafedrasının müəllimlərindən Yusif Əhədi və Arif Nəcimov da çıxış edərək klubun üzvlərinə uğurlar arzulayıblar.

  Daha sonra klubun idarə heyətinin üzvləri İlqar Bəşirov, Günel Qasımova və Orxan İsayev “Layihələrin hazırlanması və idarə olunması” adlı təlimə hazırlıq işlərinə başladıqlarını və yaxın günlərdə təlimlərə onlayn formada qeydiyyata start veriləcəyini, klubun “Facebook” ünvanı və digər sosial media vasitəsilə xəbər veriləcəyini bildiriblər.

 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 
 

©2019