Abituriyentlər BMU-nun maddi-texniki bazası ilə tanış olublar Abituriyentlər BMU-nun maddi-texniki bazası ilə tanış olublar

, baxılıb - 213 dəfə

   Suraxanı Rayon Heydər Əliyev Mərkəzi və rayonun Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 11-ci sinif şagirdləri arasında keçirilmiş Küri "boyunbağı" adlı fizika fənni üzrə bilik yarışında iştirak edən bir qrup gənc Bakı Mühəndislik Universitetində olublar.

   Suraxanı Rayon İcra Hakimiyyətinin təşkil etdiyi ekskursiya zamanı abituriyentlərə universitetin əməkdaşı Ceyhun Vəliyev ixtisaslar barədə ətraflı məlumat verib. Abituriyentlər universitetin kimya mühəndisliyi, mexanika, fizika, biologiya, kompüter laboratoriyaları və İKT mərkəzi ilə tanış olub, elmi təcrübələri yaxından izləyiblər. Universitetin tələbə həyatı ilə yaxından tanış olan abituriyentlər, həmçinin Memarlıq və inşaat kafedrasının təşkil etdiyi tələbələrin yaradıcılıq sərgisini də ziyarət ediblər.

  Daha sonra müsabiqə nəticəsində I, II, III yerə layiq görülmüş və fərqlənmiş məktəblilər Suraxanı Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Zülfiyyə Mustafayeva, Suraxanı Rayon Heydər Əliyev Mərkəzinin böyük elmi işçisi Zəkiyyə Hacıyeva, BMU-nun nümayəndəsi Ceyhun Vəliyevin təqdimatında diplomlarla təltif olunublar.

   Mükafatlandırma mərasimindən sonra tədbir mahnı və şeirlərlə davam edib.

   Sonda Suraxanı rayon rəsmiləri və gənclər ekskursiyanın yüksək səviyyədə təşkili üçün BMU rəhbərliyinə təşəkkür ediblər.

 

   
Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 
 

©2019