AMAK yeni layihələr təklif edir AMAK yeni layihələr təklif edir

, baxılıb - 80 dəfə

Azərbaycan Milli Avtomobil Klubunun əməkdaşları Vəfa Hüseyinli və Coşqun Kərimov Bakı Mühəndislik Universitetinin qonağı oldu. Qonaqları Müəssisələrlə Əlaqələr və Karyera departamentinin əməkdaşları Vasif Fərəcov və Sahilə Daşdəmirova qarşıladı. Qeyd edək ki, Azərbaycan Milli Avtomobil Klubu (AMAK) Azərbaycanda fəaliyyət göstərən, tammiqyaslı yol yardımı xidməti göstərən və avtomobilləri qeydiyyata alınmış klub üzvlərini xüsusi xidmətlərlə yanaşı, məsləhətlərlə də təmin edən qeyri-kommersiya təşkilatıdır. Seminar zamanı AMAK-ın 2016-cı ildən etibarən Beynəlxalq Avtomobil Klubunun (FİA) üzvi olduğunu, ölkədə mədəni turizmin bir hissəsi kimi maşın mədəniyyəti, fərdi sürücülük və turizm klublarının təbliği ilə məşğul olduğunu, sürücülər və yol istifadəçilərindən ibarət geniş icmanın maraqlarını müdafiə etdiklərini qeyd etdilər. AMAK Azərbaycanda sürücülər və piyadalar arasında yol hərəkəti təhlükəsizliyi mədəniyyətini inkişaf etdirmək və müvafiq dövlət qurumlarını birgə əməkdaşlığa cəlb etmək üçün müxtəlif təhsil və tədqiqat layihələri həyata keçirir. Seminarda Vəfa xanım tələbələrin də bu kimi fəaliyyətlərə cəlb edilmnəsində maraqlı olduqlarını bildirdi. Könüllü kimi qatılıb gələcəkdə onların əməkdaşı olmaq kimi şanslarının olduqlarını vurğuladı. AMAK könüllülər fəaliyyətinə üzv olan tələbələrimizə aşağıdakı özəllikləri qazanmalarına köməklik göstərəcək:

• Təlimlərdə və sosial layihələrdə iştirak etmək.
• Liderlik, təşkilatçılıq və layihə idarə etməsi bacarıqlarını artırmaq.
• Beynəlxalq tədbir, yarış və ya təlimlərdə iştirak etmək.
• Programı uğurla tamamlama sertifikatı və tövsiyə məktubu.
• AMAK-ın “Yol Hərəkəti Təhlükəsizliyi Səfiri” titulu
• Azərbaycanda yeganə avtomobil klubunda əvəzolunmaz iş təcrübəsi.
• AMAK-da iş imkanı (mövcud vakansiyalar üzrə)

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2017