AFB Bank ASC-də Görüş AFB Bank ASC-də Görüş

, baxılıb - 832 dəfə

BMU Müəssisələrlə Əlaqələr və Karyera departamentinin təşkilatçılığı ilə departamentin direktoru, Dosent Təyyar Mustafayev, mütəxəssislər Gülçöhrə İbrahimova, Vasif Fərəcov ilə  AFB Bank ASC-nin İdarə Heyəti Sədrinin birinci müavini Dr.Aydın Hüseynov və İnsan Resursları departamentinin direktoru Könül Əkbərova arasında görüş keçirilmişdir. Görüşdə aşağıda qeyd olunan mövzular barədə geniş fikir mübadiləsi aparıldı:

  • Universitet olaraq tələbələrimizin iş dünyasıyla yaxından tanış olmaları üçün  Bankın təcrübəli əməkdaşları tərəfindən tələbələrimizə Master-Class dərslərinin verilməsi razılığı əldə edildi;
  • Tələbələrimizin bilik və bacarıqlarının artırılması məqsədi ilə gələcəkdə AFB Bankda təcrübə keçmələri nəzərdə tutuldu;
  • Mövcüd vakansiyalara məzunlarımızın cəlb edilməsi barədə danışıldı;
  • Tələbələrimizin AFB Bankda ixtisaslarına uyğun araşdırma aparmaqları barədə danışıladı;
  • Bakı Mühəndislik Universiteti ilə AFB Bank ASC arasında əməkdaşlıq müqaviləsinin bağlanılması barədə razılığa gəlindi;
  • Bakı Mühəndislik Universitetinin  peşəkar müəllim heyyətinin AFB Bankın əməkdaşlarına təlimlərin verilməsi müzakirə edildi;
  • Bakı Mühəndislik Universiteti ilə AFB Bank arasında olan əlaqələrin daha da inkişaf etdirlməsi və yeni lahiyələrin birgə həyata  keçirilməsind mövzüsünda razılığa gəlindi.

 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2018