ADA Universitetinin müəlliminin BMU-da təqdimatı oldu ADA Universitetinin müəlliminin BMU-da təqdimatı oldu

, baxılıb - 78 dəfə

 

BMU-ADA Universiteti ilə əməkdaşlıq çərçivəsində  ADA Universitetinin əməkdaşı Dr. Ömər Faruk BMU İİF Maliyyə kafedrasında tələbələr qarşısında çıxış edib.

“Səhmlərin dəyərləndirilməsi” mövzusunda mühazirə oxuyan professor BMU tələbələrinin güclü potensiala sahib tələbələr olduğunu qeyd edib. “Bir saatlıq mübadilə” çərçivəsində həyata keçirilən dərs zamanı Dr. Ömər Faruk Səhmləin optimal dəyərləndirilməsi haqqında məlumat verib. BMU Maliyyə ixtisasının tələbələri dərsdə fəal iştirak ediblər.

Bu şəkildə mübadilələrin tələbələrdə elmə maraq yaratdığını qeyd edən İqtisadiyyat və İdarəetmə Fakultəsinin dekanı Yaşar Ehtibarlı bu növ əməkdaşlıqların qarşılıqlı şəkildə artılmasının və müxtəlif universitetlər arasında həyata keçirilməsinin; fərqli tədris mühiti ilə tanış olma imkanının tələbələrdə elmə həvəsi artırdığını qeyd edib. Daha öncə də BMU tələbələri qarşısında mühazirə oxuyan professsor,  Maliyyə kafedrasının tələblərinin elmə maraq göstərən və savadlı tələbələr olduğunu qeyd edib.

30.11.2017.

 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2017