BMU-da yeni tələbə klubu fəaliyyətə başlayıb BMU-da yeni tələbə klubu fəaliyyətə başlayıb

, baxılıb - 96 dəfə

 

  Bakı Mühəndislik Universitetinin  tələbələri “Vətənpərvərlik adlı” tələbə klubu təşkil ediblər. Bu gün həmin klubun fəaliyyətə başlaması münasibətilə universitetdə təqdimat tədbiri keçirilib. Tədbirdə universitet müəllim və tələbələri ilə yanaşı ictimaiyyətin tanıdığı  İlham Zəkiyev, Rüxsarə Cumayeva , Eşqin Hüseynov və Röyal Əşrəfov iştirak edib. Klubun rəhbəri  BMU-nun tələbəsi Pərvanə Abdullazadə klubun gələcək fəaliyyəti haqqında iştirakçılara ətraflı məlumat verib.

     Universitetin prorektoru Bayram Hüseynzadə rəhbərlik adından tədbir iştirakçılarını salamlayıb. Qeyd edib ki, universitetdə 30-dək tələbə klubu fəaliyyət göstərir. Klubarın və tələbələrin müstəqil fəaliyətindən və onların təşkil etdikləri tədbirlərin əhəmiyyətindən danışıb.

     1-ci Qarabağ  qaziləri və aprel döyüşçüləri keçdikləri şərəfli döyüş yolundan danışıblar və tələbələrə tövsiyələrini veriblər. İlham Zəkiyev qeyd edib ki, hər kəs öz sahəsində çempion olmalı və vicdanla vətəninə xidmət etməlidir.

   Tədbirdə tələbələrin ifasında vətənpərvərlik mövzusunda şeir və manhılar səsləndirilib.

 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2018