Bakı Mühəndislik Universitetində yazıçı ilə görüş keçirilib Bakı Mühəndislik Universitetində yazıçı ilə görüş keçirilib

, baxılıb - 1000 dəfə

 

   Bakı Mühəndislik  Universitetinin “Poliqon ” və “Kitab ” klublarının birgə təşkilatçılığı ilə “Zamanın idarə olunması ” adlı tədbir keçirilib.Tədbir tələbələrin maarifləndirilməsi məqsədi ilə keçirilib. Son illərin ən çox oxunan psixoloji romanlarının müəllifi  Rövşən Abdullaoğlu  tələbələrə “Zamanın idarə olunması ” adlı təlim verib. O, zamanın düzgün istifadə edilməsinin faydaları və israfının isə zərərlərindən danışıb. Nümunələr göstərərək  mövzunu düşüncə, hiss, təfəkkür və psixoloji aspektlərdə izah edib.

  Təlimdə tələbələri maraqlandıran sualları cavablandıran yazıçı aktiv iştirak edən tələbələrə özünün müəllifi olduğu kitablarından hədiyyə edib. Qeyd edək ki, Rövşən Abdullaoğlu 24 kitabın müəllifidir. O, tələbələrə kecdiyi həyat yolundan və gələcək planlarından da danışıb və tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.

 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 
 

©2020