Bakı Mühəndislik Universitetində “ Yüksək nəticəni necə əldə edək ” adlı layihə çərçivəsindənövbəti tədbir keçirilib. Universitetin əməkdaşı Adil Vəliyevin təşkilatçılığı ilə keçirilən tədbirdə Abşeron rayon məktəblərindən bu il məzun olan şagirdlər və bir neçə Hazırlıq Kurslarının dinləyiciləri iştirak edib. Hər biri 20 dəqiqə olmaqla 6 nəfər tanınmış şəxs şagirdlər önündə çıxış edib. Çıxış edən spikerlər Dr. İsa Qasımov, psixoloq Hüseyn Xəlilov, Adil Vəliyev, Elvin Bədirli, Zəfər Həsənov və Fatmeyizəhra Nəbizadə əsasən abituriyentlərə növbəti qəbul imtahanına psixoloji hazırlıq, universitet və ixtisas seçimi, iş dünyasının və müasir dövrün tələblərinə uyğun kadr olmaq üçün nə etməli və s. mövzularda tövsiyyə xarakterli çıxışlar ediblər. Abituriyentlər tədbirdə aktiv iştirak edərək onları düşündürən sualları spikerlərə ünvanlayıblar. Hədəf Kurslarının nümayəndəsi Mahir Vəliyev abituriyentlərin görüşdə dəyərli məlumatlar əldə etdiklərini qeyd edib və tədbirin təşkili üçün BMU rəhbərliyinə təşəkkürünü bildirib.
Sonda spikerlərə BMU-nun hədiyyələri təqdim edilib.
Cənubi Koreyanın Elm və Texnol.. [20-Feb-2019] |
BMU-da “Huawei” şirkətinin Azə.. [19-Feb-2019] |
Abituriyentlər BMU-nun maddi-t.. [15-Feb-2019] |
Bakı Mühəndislik Universitetin.. [15-Feb-2019] |
BMU-nun əməkdaşları “Sahibkarl.. [15-Feb-2019] |
Böyük Britaniyanın “Newcastle .. [15-Feb-2019] |
BMU-da tələbələrin yaradıcılı.. [14-Feb-2019] |
Dünya iqtisadiyyatı kafedrasın.. [13-Feb-2019] |
BMU "Microsoft " şi.. [13-Feb-2019] |
BMU-da “Elmi fəaliyyətlərin ef.. [11-Feb-2019] |