“Məktəblinin Dostu” layihəsi çərçivəsində Binəqədi rayon Biləcəri qəsəbəsi 284 saylı tam orta məktəb 11-ci sinif şagirdlərinin Bakı Mühəndislik Universitetinə ekskursiyası təşkil edilib. "Məktəblinin Dostu" Tamam İsmayılovanın rəhbərliyi ilə şagirdlər universitetin maddi -texniki bazası, dərs prosesi və tələbə həyatı ilə tanış olublar. Universitetin əməkdaşı Ceyhun Vəliyev şagirdlərə ixtisaslar barədə ətraflı məlumat verib, onların suallarını cavablandırıb.
Universitetdə təşkil olunan karyera sərgisini də ziyarət edən şagirdlər universitetin məzunlarının işlə təmin
Bakı Mühəndislik Universitetinin tələbələri elmi müsabiqələrdə uğur qazanmaqla yanaşı ictimai işlərdə də aktivlik nümayiş etdirirlər. Universitetdə tələbələrdən ibarət dərnəklər və klublar tərəfindən tədbirlərin təşkili təqdirəlayiq haldır. “Sənaye mühəndisliyi ” klubu da hər il fərqli və tələbələrin karyeralarına faydalı olan tədbirlər təşkil edir. Bu tədbirlərdən biri də bu gün universitetdə Müəssisələrlə Əlaqələr və Karyera Departamentinin dəstəyi ilə təşkil olunan“Karyera Sərgisi”dir. Sərgidə onlarla yerli və beynəlxalq şirkət iştirak edib. İştirakçı şirkətlər mövcud boş
Müəssisələrlə Əlaqələr və Karyera Departamenti növbəti görüşünü “Azərsun Holdinq”in nəzdində fəaliyyət göstərən Azərsun Akademiyasında Müəssisələrlə Əlaqələr və Karyera departamentinin direktoru Gülçöhrə İbrahimova, mütəxəssisi Sahilə Daşdəmirova ilə Azərsun Akademiyası direktoru Cəlal Eynullayev və Təlim və İnkişaf şöbəsinin müdiri Elçin Əzimli və İnsan resursları üzrə mütəxəssisi Alagöz Məmmədova arasında keçirdi.
Görüş zamanı sonuncu kurs tələbələrimizin 15.02.2019-15.05.2019 tarixlərində "Azərsun Holdinq"-də
Bakı Mühəndislik Universitetinin tərcümə ixtisasının 2018-ci il məzunu Kamil Abdullayev ABŞ universitetləri arasında ən nüfuzlu və innovativ universitetlər sırasında 7-ci yerdə duran, Northeastern Universitetində Project Management fakültəsinin tələbəsi adını qazanıb. Bu ali məktəb Amerikanın ən yaxşı top 40 universitetindən biridir.
Qeyd edək ki, Northeastern Universitetində 140 ölkədən, 5 qitədən tələbələr oxuyur. “Northeastern University” təcrübəyə əsaslanan, təhsilə və tədqiqata fərqli yanaşma təqdim edən, özəl tədqiqat universitetidir.
Bakı Mühəndislik Universitetinin yaradılmasının 2 illiyi münasibətilə Ambassador oteldə ölkəmizin ali məktəb tələbələri arasında "Nə? Harada? Nə zaman?" intellektual oyunu təşkil olunub. "Mühəndislər" kuboku adlanan yarışda 21 komanda tərkibində 120-dən artıq tələbə öz biliyini sınayıb. Gərgin mübarizə şəraitində keçən müsabiqədə ilk yerləri müvafiq olaraq Kidderminster (yığma), Santa Klara (yığma) və Prometey (BMU) komandaları əldə ediblər.
Qeyd edək ki, Bakı Mühəndislik Universiteti Sərəncamı ilə Azərbaycan Respublikasında mühəndis texnologiyalarının
“9 noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü” münasibətilə Bakı Mühəndislik Universitetində bayram tədbiri keçirilib. Tədbirə universitetin rəhbər şəxsləri, professor-müəllim heyəti, bütün struktur-bölmə rəhbərləri və tələbələr iştirak edib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Dövlət Bayrağımıza həsr olunmuş videoçarx nümayiş olunub.
Universitetin rektoru, professor Havar Məmmədov tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib. Rektor qeyd edib ki, Azərbaycan Respublikasının dövlət bayrağı
AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) növbəti astroseminar keçirilib. Rəsədxananın Bakı bölməsində baş tutan tədbiri giriş sözü ilə açan Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, f-r.ü.f.d Elçin Babayev seminar haqqında tədbir iştirakçılarına məlumat verib.
Sonra ŞAR-ın baş elmi işçisi, AMEA-nın müxbir üzvü Əyyub Quliyev və Bakı Mühəndislik Universitetinin fizika kafedrasının dissertantı Həzi Qasımovun birgə hazırladıqları "Yeni kometlərin tapılmasında
Bakı Mühəndislik Universitetinin tələbələri “Vətənpərvərlik adlı” tələbə klubu təşkil ediblər. Bu gün həmin klubun fəaliyyətə başlaması münasibətilə universitetdə təqdimat tədbiri keçirilib. Tədbirdə universitet müəllim və tələbələri ilə yanaşı ictimaiyyətin tanıdığı İlham Zəkiyev, Rüxsarə Cumayeva , Eşqin Hüseynov və Röyal Əşrəfov iştirak edib. Klubun rəhbəri BMU-nun tələbəsi Pərvanə Abdullazadə klubun gələcək fəaliyyəti haqqında iştirakçılara ətraflı məlumat verib.
Universitetin prorektoru Bayram Hüseynzadə rəhbərlik
Bakı Mühəndislik Universiteti ilə Azərbaycan Dillər Universiteti arasında elm və təhsil sahələrində elmi-texniki əməkdaşlıq protokolu imzalanıb.
ADU-da təşkil olunan görüşdə BMU-nun rektoru, professor Havar Məmmədov, universitetin prorektorları, dekan və kafedra müdirləri iştirak edib. ADU-nun rektoru, akademik Kamal Abdulla Bakı Mühəndislik Universitetinin nümayəndə heyətini universitetdə görməkdən məmnun olduğunu bildirib. Rektor vurğulayıb ki, Azərbaycan universitetlərinin bir-biri ilə əlaqəsi son dərəcə vacib məsələdir. Bu baxımdan mühəndislik universiteti ilə humanitar
Bakı Mühəndislik Universitetinin Maliyyə ixtisasının kafedra müdiri Füzuli Əliyevin 4-cü kurs tələbələri ilə yazdığı Alman universitetlərinə və maliyyə təşkilatlarınasəfər layihəsi DAAD tərəfindən qəbul edilmiş və maliyyələşdirilmişdir.
Səfərin ilk günündə tələbələr Marburq Universitetində olmuşlar.Universitetin Yaxın və Orta Şərq Tədqiqatları Mərkəzinin iqtisadiyyat professoru Dr. Mohammad Farzanagen və köməkçisi Sven Fisher tələbələrimizi qonaqpərvərliklə qarşılamış, onlara Marburq Universiteti barədə məlumat vermişlər.
TələbələrimizProf. Farzanegan-ın təqdimatında Orta Asiya və Şimali