Bugün ölkəmizdə öz sektorunda xüsusi yeri olan şirkətlər universitetlərlə əməkdaşlığa əhəmiyyət verir. Universitetlərlə əməkdaşlıq, yeni məzun olmuş gənc kadrlara dəstək olmaq üçün çox əhəmiyyətli addımdır. Bu kimi fəaliyyətləri həyata keçirən şirkətlərdən biri də "Veysəloğlu Qrup" MMC-dir. "Veysəloğlu Qrup" MMC-nin həyata keçirdiyi VİA layihəsi imtahanlarla seçilmiş məzunlarımızı 5 ay müddətində həm nəzəri, həm də praktiki olaraq tam mütəxəssis kimi yetişdirir. Onlara həm xarici, həm də yerli mütəxəsislərdən dərs alması üçün imkanlar yaradır. Bakı
Müəssisələrlə Əlaqələr və Karyera departamenti müntəzəm olaraq universitetimizin tələbələrinə günlük təcrübə gəzintiləri təşkil edir. Bu istiqamətdə 30.11.2017 tarixində Mühəndislik fakültəsinin tələbələrinin “Ulduz” şokolad fabrikinə gəzintisi təşkil olundu.
Tələbələrimizi "Ulduz" şokalad fabrikinin gülərüz personalı qarşılayaraq istehsalat prosesi haqqında ətraflı məlumat verdilər. Daha sonra tələbələrimiz istehsalat gedən fabrikə daxil olaraq orda gedən prosesləri yaxından izlədilər, onlarda yaranmış suallar haqqında fabrikin təcrübəli muhəndislərindən ətraflı
“Amrahbank" ASC-nin təlim layihələri çərçivəsində "Tələbə bankir" təlim proqramı 28-29.11.2017-ci il tarixində ilk seminarını BMU-nun aşağıda adları qeyd edilən tələbələri ilə başladı.
Universitetin Müəssisələrlə Əlaqələr və Karyera Departamentinin təşkil etdiyi görüşdə İqtisadiyyat və İdarəetmə fakültəsinin 2019-cu ildə məzun olacaq Bakalavr (3-cü kurs) tələbələr iştirak edib.
Təcrübə proqramı barədə məlumat verən P&G şirkətinin nümayəndəsi Sevinc Boqatireva bildirdi ki, 2019-cu ildə təhsil müddəti bitən hər bir tələbə bu proqramda iştirak edə bilər. Proqrama müraciət etmək üçün tələbələr 5 mərhələni keçməlidirlər. İlkin mərhələdə onlayn müraciət forması doldurulur, 2-ci mərhələdə müraciət edən namizədlərin proqrama uyğunluğu yoxlanılır, 3-cü
Kapital Bank Azərbaycan Əmanət Bankının varisi kimi 140 ildən çox, uğurla fəaliyyət göstərir. Hazırda Kapital Bank Azərbaycanda ən böyük xidmət şəbəkəsinə malik maliyyə qurumudur. Universal bank olan Kapital Bank 3 milyondan çox fiziki və 22 mindən artıq hüquqi şəxslərə xidmət göstərir. Eyni zamanda, Kapital Bank dövlətin həyata keçirdiyi bir sıra sosial proqramlarda yaxından iştirak edir və təhsil müəssisələri ilə bir sıra proqramları həyata keçirir. Bu proqramlar çərçivəsində 28.11.2017 il tarixində Müəssisələrlə Əlaqələr və Karyera Departamenti direktoru dos.Təyyar
27.11.2017-ci il tarixində Bakı Mühəndislik Universitetinin Sənaye Mühəndisliyi kafedrasının tələbələri və kafedranın müəllimi dos.Pərviz Məmmədov "FAB Boya və Kimya Sənayesi" MMC-nin qonağı oldular. Şirkətin "FAB Akademiyası" I və II korpuslarında yerləşən keyfiyyətə nəzarət laboratoriyaları, "HILLFAN" plastik boru, "FABKİM" keramika yapışdırıcıları fabrikləri, həmçinin şirkətin boya və polimerlər istehsal edən bölmələri ilə yaxından tanış oldular. Sonda tələbələrimizə simvolik hədiyyələr təqdim olundu.
Gənc sənayeçilərə gələcək işlərində və karyeralarında uğurlar arzulayırıq.
Müəssisələrlə Əlaqələr və Karyara departamentinin təşkilatçılığı ilə müntəzəm olaraq şirkətlərlə görüşlər təşkil edilir. Bu gün departamentimizin qonağı Çıraq Studio şirkətinin nümayəndələri oldu. Görüşdə şirkət nümayəndələri şirkətin yaranma tarixi haqqında və fəaliyyət strategiyası haqqında ətraflı məlumat verdilər və qeyd etdilər ki, şirkət ölkədə kifayət qədər tanınmış şirkətlərlə yaxından əməkdaşlıq edir. Əməkdaşlıq sahələrinə İT layihələrinin yazılması, dizayn xidmətləri, şirkət işçilərinin motivasiyasını artırmaq məqsədi ilə sosial tədbirlərin təşkil edilməsi və digər
Bakı Mühəndislik Universitetinin Müəssisələrlə Əlaqələr və Karyera departamenti müəssisələrlə əlaqələrin qurulmasında və inkişaf etdirilməsində müxtəlif fəaliyyətlər hayata keçirir. Fəaliyyətlərindən biri də tələbə və məzunların işlə təmin olunması və tələbələrin istehsalat təcrübələrinə cəlb edilməsi ilə bağlı müəssisələrlə əməkdaşlıq etməkdən ibarətdir. Bu istiqamətdə bu gün departamentin əməkdaşları ilə sığorta sistemində fəaliyyət göstərən “Kompas Konsaltinq” MMC-nin əməkdaşları arasında görüş keçirilmişdir. Görüşdə şirkət nümayəndələri şirkətlərində
1994-cü ildən topdan satış mərkəzi kimi fəaliyyətə başlamış Veyseloğlu satış və distribütor şirkəti hazırda yüksək səviyyəli xidməti ilə seçilən müasir ticarət holdinqinə çevrilmişdir. Veysəloğlu şirkətlər qrupu əlverişli iqtisadi mühit şəraitində daha da inkişaf edərək özünün istehsalat səhələrini yaratmışdır. İnsan amilinə önəm verən şirkət 2001-ci ildən etibarən şokolad və karamel istehsalına başlamışdır. Bugün alış veriş etdiyimiz ARAZ marketlər və OBA marketlər zənciri də "Veysəloğlu Qrup" MMC şirkətinin inkişafının nümunəsidir. İldən-ilə inkişaf edərək,
Azərbaycan Milli Avtomobil Klubu (AMAK) İctimai Birliyinin prezidenti Vüsal Rəcəbli və ictimai birliyin Yol Təhlükəsizliyi Layihələri və Təlim meneceri Vəfa Hüseynova Bakı Mühəndislik Universitetində olublar. Universitetin rektoru, professor Havar Məmmədovla görüşən nümayəndə heyəti fəaliyyətləri haqqında ətraflı məlumat verib.
Birliyin prezidenti Vüsal Rəcəbli qeyd edib ki, Azərbaycan Milli Avtomobil Klubu (AMAK) Azərbaycanda fəaliyyət göstərən, tammiqyaslı yol yardımı xidməti göstərən və avtomobilləri qeydiyyata alınmış klub üzvlərini xüsusi xidmətlərlə yanaşı,