42-ci ACM ICPC Universitet Tələbələrinin Beynəlxalq Proqramlaşdırma müsabiqəsi keçirilir 42-ci ACM ICPC Universitet Tələbələrinin Beynəlxalq Proqramlaşdırma müsabiqəsi keçirilir

, baxılıb - 582 dəfə

      “42-ci ACM ICPC Universitet Tələbələrinin Beynəlxalq Proqramlaşdırma” müsabiqəsinin növbəti 1/4 final mərhələsinin (Azərbaycan Birinciliyi) Bakı Mühəndislik Universitetində keçirilir. Bu il müsabiqədə 17 ali təhsil müəssisəsindən 52 komanda iştirak edir. Müsabiqədə müvəffəqiyyət qazanan komandalar 2-3 dekabr 2017-ci il tarixlərində Gürcüstan Respublikasının Tbilisi şəhərində keçiriləcək “42-ci ACM ICPC Universitet Tələbələrinin Beynəlxalq Proqramlaşdırma” müsabiqəsinin yarımfinal mərhələsində və Cənubi Qafqaz açıq çempionatında iştirak etmə hüququ əldə edəcəklər.

 

      Universitetin rektoru, professor Havar Məmmədov müsabiqə iştirakçılarını salamlayib, iştirakçılara uğurlar arzulayıb. İT sahəsinin dünyanın eləcə də müasir dövrdə ölkəmizin inkişafındakı rolundan danışıb. Rektor Möhtərəm Prezidentimiz İlham Əliyevin bu sahənin inkişafına olan diqqət və qayğısından, ölkəmizdə bu sahədə görülən işlər haqqında ətraflı məlmat verib. Ali təhsil müəssisələrində də bu sahənin inkişafı üçün maddi- texniki baza qurulur. Bakı Mühəndislik Universitetində İT sahəsi üçün yüksək səviyyəli müasir laborotoriyalar və kadr potensialı var. Artıq cəmiyyətdə də bu universitetdə hazırlanan İT mütəxəssisləri haqqında yüksək fikir formalaşıb.Universitetmizin maddi-texniki bazası beynəlxalq müsabiqələrin keçirilməsi üçün lazım olan tələblərə cavab verir və bu da müsabiqənin təşkilatçıları tərəfindən rəğbətlə qarşılanır. Sizə də məlumdur ki, müsabiqənin 1/4 final mərhələsi (Azərbaycan birinciliyi) mütəmadi olaraq Universitetimizdə keçirilməkdədir. Ölkəmizi final mərhələsində təmsil etməyinizi arzu edirəm. Uğurlar arzulayıram.

    Beynəlxalq Proqramlaşdırma müsabiqəsinin  Azərbaycan üzrə koordinatoru Etibar Seyidzadə tədbir iştirakçılarına müsabiqənin tarixi və keçirilmə qaydası ilə əlaqəli məlumat verdi.  Qeyd edti ki, ACM ICPC – Universitet tələbələrinin Beynəlxalq Proqramlaşdırma müsabiqəsi 1977-ci ildən mütamadi olaraq keçirilməkdədir. Müsabiqənin baş sponsoru IBM şirkətidir. 41-ci ACM ICPC 2016-2017 statistikasına görə ən son müsabiqədə 103 ölkənin 2948 ali təhsil müəssisəsindən 46381 (1549 komanda – hər komandada 3 tələbə) iştirak etmişdir. Bu komandalardan 133-ü final mərhələsinə qədər yüksəlmişlər.

    Müsabiqə 3 mərhələdə keçirilir. Birinci mərhələ (1/4 mərhələsi) hər ölkə daxilində keçirilir. Müvəffəqiyyət qazanan komandalar yarım final mərhələsinə vəsiqə qazanır. Yarımfinal mərhələsi dünya üzrə paylanmış regionlarda keçirilir və hər regiondan reytinqə görə müəyyən sayda (3-16) komanda final mərhələsinə vəsiqə qazanır. Ümumilikdə final mərhələsində 128-135 komanda (hər universitetdən yalnız bir komanda finala vəsiqə qazana bilir) iştirak edir. Final mərhələsi konkret bir ölkədə keçirilir. Final mərhələsində 12 medal (4 qızıl, 4 gümüş və 4 bürünc) qazanılır.

     Ümumilikdə bu müsabiqə dünyada iştirakçıların sayına, elmi və texnoloji səviyyəsinə görə ən prestijli müsabiqədir. Müsabiqə iştirakçıları dünyanın ən nüfuzlu universitetlərinin tələbələridir. Bu müsabiqədə iştirak etmiş tələbələr məzun olduqdan sonra İnformasiya Texnologiyaları sektorunda dünyanın məşhur və aparıcı şırkətləri tərəfindən (Google, Amazone, IBM, Microsoft, Apple, Yandex, Facebook, Linkedin və s.) iş təklifi alırlar. Müsabiqə həmçinin dünya universitetləri arasında bir yarışdır. Universitetlərin tanınması və təhsil səviyyəsinin (Kompüter elmləri və İT ixtisaları üzrə) göstəricisidir. Həmçinin universitetlər arasında bu sahədə əməkdaşlıq vasitəsidir.

     Azərbaycan ali təhsil müəssisələrinin komandaları bu müsabiqədə 2005-ci ildən etibarən mütəmadi olaraq iştirak etməkdədirlər. 2005-ci ildən müsabiqənin Azərbaycan birinciliyində iştirak edən ali təhsil müəssisələrinin (15-20) və bu təhsil müəssisələrindən olan iştirakçıların sayı (40-55 komanda) olmaqdadır ki, bu da təhsil müəssisələrinin müsabiqəyə olan marağının bariz nümunəsidir.

 

 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 
 

©2020