28.09.2017 28.09.2017

, baxılıb - 545 dəfə

BMU-da fəaliyyət göstərən tələbə klublarının  rəhbərləri fəaliyyətləri ilə əlaqəli 1-ci kurs tələbələrini  məlumatlandırıblar

    

    Universitetin akt zalında  baş tutan görüşdə Mühəndislik  fakültəsinin dekan müavini Vüqar Muradov tələbə adını qazanmış tələbələri salamlayıb. Onlara universitetdə asüdə vaxtlarının dahada səmərəli keçirmələri  barədə  məlumat verib. Dekan müavini universitetin nizam-intizam qaytaları ilə də tələbələri tanış edib.

   Daha sonra söz alan  Universitetin bədi  yaradıcılıq bölməsinin  müdiri Zəminə Axundova  tələbələrin savadlı olmaları ilə yanaşı,  onların sosial fəaliyyətlə də məşğul olmalarının əhəmiyyətindən danışıb. BMU-da  bu sahədə tələbələr üçün yaradılmış şəraitdən və sosial işlərlə məşğul olan tələbələrin uğurları haqqında ətraflı məlumat verib. Qeyd edib ki, hər biriniz ixtisasınızdan asılı olmayaraq universitetdə fəaliyyət göstərən maraq klublara  üzv ola bilərsiniz.

 Sonra söz Universitetin  Tələbə Media Klubunun rəhbəri Fuad Şərbətova verilib .F.Şərbətov Universitetdə  tələbə televiziyasının,  radiosunun və qəzetin fəaliyyət göstərdiyini, bu sahəyə marağı olan tələbələr üçün rəhbərlik tərəfindən yaradılmış maddi-texniki baza haqqında slaydlarla tələbələri məlumatlandırıb.

   Növbə ilə klub rəhbərləri fəaliyyətləri ilə əlaqəli 1-ci kurs tələbələrinə məlumat veriblər.

 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 
 

©2020