BMU-nun tələbələrdən ibarət 2 komandası  “CanSat”  müsabiqəsinin final mərhələsinə  vəsiqə qazanmışdır BMU-nun tələbələrdən ibarət 2 komandası “CanSat” müsabiqəsinin final mərhələsinə vəsiqə qazanmışdır

, baxılıb - 247 dəfə

     

Cansat müsabiqəsi ilk dəfə 1999-cu ildə “ARLISS” adı altında Yaponiya və Amerikanın universitet tələbələrinin iştirakı ilə keçirilib. Həmin ildən başlayaraq dünyanın bir çox ölkələrində keçirilən və nüfuza sahib olan “CanSat” müsabiqəsinin 2018-ci ildən etibarən Azərbaycanda da keçirilməsi planlaşdırılır. “CanSat Azərbaycan” adlandırılacaq bu müsabiqə ali təhsil müəssisələrinin tələbələri üçün nəzərdə tutulub.
 
Müsabiqənin məqsədi Ölkəmizdə tələbə peyki layihələrinə marağın artırılması; Azərbaycanlı tələbələr arasında kütləviləşdirilməsi; Azərbaycanın beynəlxalq analoji müsabiqələrdə daha çox və təcrübəli komandalarla təmsil olunması və uğurlu nəticələrin əldə edilməsi; Gələcəkdə nano və digər real peyklərin məhz yerli mütəxəssislər tərəfindən ölkəmizdə hazırlanması üçün təcrübi bacarıq və vərdişlərin əldə edilməsidir.
 
İlk mərhələdə Bakı Mühəndislik Universitetindən 6 komanda iştirak etmişdir, lakin final mərhələsinə 2 komandamız vəsiqə qazanmışdır. BMU-nun RODİMUS komandası yarışda uğurla çıxış etmiş və 31 komanda arasında 3-cü yerə layiq görülmüşdür. Uğur qazanan komanda aşağıda adlarını qeyd etdiyimiz tələbələrimizdən ibarətdir:
 
Mentor: Asif Qanbayev (müəllim)
 
Gülgün Fərziyeva (komada kapitanı) – Kompüter mühəndisliyi 3-cü kurs
Tural Sadıqov - Kompüter mühəndisliyi 3-cü kurs
Tural Əhmədov - Kompüter mühəndisliyi 3-cü kurs
Araz Heydərov - Kompüter mühəndisliyi 3-cü kurs
Orxan Məmmədov - Kompüter mühəndisliyi 3-cü kurs
Fərasət İdrisov – Mexanika mühəndisliyi 3-cü kurs
Aydın Əfəndiyev - Mexanika mühəndisliyi 3-cü kurs
Cavid Əfəndiyev - Kompüter mühəndisliyi 2-ci kurs
Hazırlanan cihazın yerinə yetirdiyi missiya konteynerdən ayrıldıqdan sonra təyin olunmuş münsif tərəfindən deyildiyi zaman yerüstü stansiyadan göndəriləcək komanda əsasında Yerin şəklini çəkib yaddaşda saxlamaqdır. Çəkilən şəklin ayırdetməsi minimum 480x480 piksel olmalıdır. Havanın temperaturu, təzyiqi, batareyadakı gərginliyi, modelin şaquli istiqamətdəki düşmə sürətini və GPS qəbuledicinin göstəriciləri (koordinat, görünüşdə olan peyk sayı, UTC standartı ilə cari zaman) kimi telemetrik məlumatları konteynerdən ayrıldığı andan etibarən ölçmək və real zaman ərzində yerüstü stansiyaya göndərmək, yüksəklik haqqındakı məlumatı Yerdən qalxdığı andan etibarən model Yerə enənədək ölçmək və real zaman ərzində yerüstü stansiyaya göndərməkdir.
   

   

      Finala çıxan ikinci komanda isə universitetin "BeuNg" komandası olub. "BeuNg" komandası müsabiqənin İHS (PDR) mərhələsini 4-cü,YHS (CDR) mərhələsini isə 1-ci sırada keçərək finala vəsiqə qazanmışdır. Komandanın universitet üzrə nümayəndəsi mexanika mühəndisliyi müəllimi Orxan Hüseynovdur. Komanda üzvləri : Tural Süleymanov, komanda kapitanı, proseslərin avtomatlaşdırılması mühəndisliyi, 2-ci kurs, Asiman Ağayev, komputer mühəndisliyi, 4-cü kurs, Eşqin Quluzadə, mexanika mühəndisliyi, 4-cü kurs, Ələkbər Ələkbərov, idarəetmədə informasiya sistemləri, MBA məzunu. Qeyd edək ki, finalda olan komandalar içərisində "BeuNg" komandasının hazırladığı model peyk planer (təyyarə modeli) olub, ən mürəkkəb dizayna malik model peyk olmuşdur. 

 
 
Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2018