14.09.2015 14.09.2015

, baxılıb - 65 dəfə

İnnovativ layihələrin birgə işlənməsi planlaşdırlır.


             Bakı Mühəndislik Universiteti (BMU) Texnoparkında "Altair Technologies" şirkətinin nümayəndə heyəti ilə görüş keçirildi.

            Görüşdə "Altair Technologies" şirkətinin intellektual yanaşmalara verdiyi əhəmiyyət və bu istiqamətddə yerinə yetirilən işlər, eləcə də BMU Texnoparkda həyata keçirilə biləcək ortaq layihələr haqqında ilkin müzakirələr aparıldı. "Altair Technologies" şirkətinin təkliflərinə uyğun olaraq, BMU-nun tələbə və məzunlarının müxtəlif işlərə cəlb olunması da görüşün aktual məsələlərindən idi.

            Maraqlı və səmimi keçən görüşün sonunda əməkdaşlığın bir neçə istiqamət üzrə inkişaf etdirilməsi haqqında müsbət qənaət formalaşdı. Belə ki, BMU tələbə və məzunlarının, eləcə də professor-müəllim heyətinin iştirakı ilə birgə innovativ layihələrin işlənməsi, həmçinin "Altair Technologies" şirkətinin kadrlara olan ehtiyacının ödənilməsində BMU məzunlarının cəlb olunması üçün addımlar atılacaq.

 

 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2017