12-ci Azərbaycan Beynəlxalq Təhsil Sərgisi keçiriləcək 12-ci Azərbaycan Beynəlxalq Təhsil Sərgisi keçiriləcək

, baxılıb - 48 dəfə

 

 
 

11-13 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində 12-ci Azərbaycan Beynəlxalq Təhsil “Education 2018” sərgisi keçiriləcək.

Facemark.az-a təşkilatçılardan verilən məlumata görə, Beynəlxalq Təhsil sərgisi hər il aparıcı ali təhsil müəssisələrini, o cümlədən orta ixtisas təhsil müəssisələrini və ixtisasartırma mərkəzlərini bir araya gətirir.

 

Təhsil sərgisi hər kəsə həm ixtisası, həm də təhsil müəssisəsini seçmək üçün geniş imkan yaradan unikal platformadır.

Bu sərgi ölkədə Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi dəstəyi ilə təşkil olunan yeganə sərgidir. Sərgi həmçinin Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən də dəstəklənir. Sərginin təşkilatçısı qismində “Caspian Event Organisers” (“CEO”) şirkəti çıxış edir. Sərginin baş sponsoru qismində “Kapital Bank” çıxış edir.

Bu il Azərbaycan, Avstriya, Almaniya, Belarus Respublikası, Çex Respublikası, Latviya, Litva, Rusiya, Türkiyə, Özbəkistan və digər ölkələri təmsil edən iştirakçılar öz məktəb, gimnaziya, kollec, universitet və kurslarını sərgidə təqdim edəcək. Litva (Study in Lithuania), Rusiya (Study in Russia), Türkiyə (Study in Turkey) və Çex Respublikası öz təhsil ocaqlarında təhsil imkanlarının nümayiş olunduğu milli stendləri ilə çıxış edirlər. Yerli ali təhsil müəssisələri arasında Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti, Milli Aviasiya Akademiyası, Fransa-Azərbaycan Universiteti (UFAZ), Azərbaycan Texnologiya Universiteti (Gəncə) və digər təhsil müəssisələri yer alır. Bu il “Dərs Evi” dil kursları və “Sevimli Bala” uşaq bağçası sərgidə debüt edir. Sərgidə yerli “CELT Colleges” şirkəti isə xaricdə təhsil proqramı və həmçinin dil kursları ilə çıxış edir.

Bu il Azərbaycan Respublikası Təhsil Nazirliyi də sərgidə fəal iştirak edəcək və öz stendində nazirliyin plan və proqramları barədə ətraflı məlumat verəcəkdir.

Sərginin işgüzar proqramı çərçivəsində valideynlər və sərgi iştirakçıları, eləcə də iştirakçılar və xaricdə təhsil məsələləri ilə məşğul olan şirkətlər arasında “B2B” formatlı görüşlər keçiriləcək. Həmçinin “Azərbaycanda və ya xaricdə təhsil? Məşhur sual” və “Ali təhsil üçün düzgün ölkə seçimi və ora aparan yol” mövzularında seminarlar təşkil olunacaq.

Təhsil sərgisi ilə paralel 12-ci Azərbaycan Beynəlxalq Karyera “Career 2018” sərgisi də start götürəcək.

Təhsil sərgisinə giriş 9-11-ci sinif şagird, abituriyent, tələbə, valideynlər və təhsil sahəsinin digər peşəkarlarına açıq olacaq. Sərgi haqqında ətraflı məlumatı, eləcə də elektron dəvətnaməni rəsmi saytdan www.eduexpo.azəldə edə bilərsiniz.

http://facemark.az/site/news/8702/12ci-azerbaycan-beynelxalq-tehsil-sergisi-kecirilecek-8702.html

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2018