12-ci Azərbaycan Beynəlxalq Təhsil Sərgisi davam edir 12-ci Azərbaycan Beynəlxalq Təhsil Sərgisi davam edir

, baxılıb - 37 dəfə

 

 
 

Bakı Ekspo Mərkəzində təşkil edilən 12-ci Azərbaycan Beynəlxalq Təhsil Sərgisi işini davam  etdirir.

Bu barədə Modern.az-a Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, “Uşaqların gələcəyinə sərmayə” devizi altında təşkil edilən sərgiyə 12 ölkədən 130-dan artıq iştirakçı qatılıb.

Ötən illərlə müqayisədə Təhsil Nazirliyi sərgidə geniş pavilyonda təmsil olunur. Sərgidə “Məktəbəhazırlıq”, “Olimpiadalara hazırlıq mərkəzi”, “Peşə Təhsili üzrə Dövlət Agentliyi”, “Təhsil” Respublika İdman Mərkəzi”, “Uşaq-Gənclər İnkişaf Mərkəzi”, “SABAH qrupları”, “İçərişəhər ənənəvi incəsənət mərkəzi”, “Sağlam təhsil-sağlam millət”, “Maarifçi” Tələbə Kredit Fondu”, “Məktəblinin dostu”, “Modul tipli məktəblər”, “İT STEP”, “Media Mərkəz -Təhsil TV” və digər stendlər təqdim edilir.

Sərgidə Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti, Fransa-Azərbaycan Universiteti (UFAZ), Lənkəran Dövlət Universiteti və digər təhsil müəssisələri birləşmiş stenddə iştirak edirlər. Tədbirdə, həmçinin “ADA” Universiteti, Milli Aviasiya Akademiyası və Azərbaycan Universiteti öz stendləri ilə təmsil olunurlar.

Sərginin “Xaricdə təhsil” sektorunda Gürcüstan, Latviya, Litva, Türkiyə və digər ölkələrin təmsilçiləri ümumi təhsil, orta ixtisas və ali təhsil müəssisələrinin imkanlarını təqdim edirlər.

Beynəlxalq sərginin gündəliyinə işgüzar görüşlər, panel müzakirələr, media-təqdimatlar və ayrı-ayrı mövzulara dair mühazirələr daxildir.

Qeyd edək ki, sərgi Təhsil Nazirliyinin dəstəyi, “Caspian Event Organisers” (“CEO”) şirkətinin təşkilatçılığı ilə reallaşdırılıb. “Kapital Bank”ın baş sponsor olduğu sərgi Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən də dəstəklənir.

Oktyabrın 13-dək davam edəcək 12-ci Beynəlxalq Təhsil Sərgisinə giriş yuxarı sinif şagirdləri, valideynlər,  müəllim və tələbələrə açıqdır.

 http://modern.az/az/news/180126#gsc.tab=0

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2018