04.07.2017 04.07.2017

, baxılıb - 277 dəfə

BMU-nun kafedra müdirinin yazdığı məqalə mötəbər qurum tərəfindən nəşr edilmişdir. 

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı FAO-nun  Avropa və Mərkəzi Asiya ofisinin  “2015-2016 cı illərdə post Sovet ölkələrində kəndtəsərrüfatı  məhsullarınınticarətsiyasəti"  nəşribu həftə qurumun rəsmi nəşrlər siyahısında çap edilmişdir. Post-Sovet ölkələrindən hər biri üzrə bir nəfər ekspertin təmsil etdiyi ölkə üzrə hazırladığı kitab bölmələri FAO-nun və diğər rəsmi qurumlarının təşkilatçılığı və regionu təmsil edən ölkələrdən universitet və tədqiqat mərkəzlərininin nümayəndələrini əhatə edən 20-dənçoxölkədən30-dançoxekspertiniştirakı ilə müzakirə edilmiş və ölkələr üzrə hesabatın daha da dolğun və əhatəli olması üçün  təklif və tövsiyyələr diqqətə alınaraq bir illik bir əməkdaşlıq sonrası ərsəyə gəlmişdir.Hesabatı hər ölkə üzrə bu sahənin tanınmış mütəxəssisləri olan hökumət nümayəndələri və elm adamlarından ibarət ekspert heyəti hazırlamışdır. Bu mötəbər nəşrin  Azərbaycan hissəsini Bakı Mühəndislik Universitetinin Maliyyə kafedrasının müdiri Dr. Elçin Süleymanov hazırlamışdır. 140 səhifəliknəfistərtibatlaçapedilən  kitabBMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı FAO tərəfindən dövlət və bu sahə ilə əlaqəli təşkilatlara göndərilmiş və qurumun rəsmi nəşrlər siyahısına daxil edilmişdir. Region ölkələrinin kənd təsərrüfatı məhsullarının ticarət siyasətinə müsbət qatqısı olacağı düşünülən kitab mütəxəssislər tərəfindən müsbət qiymətləndirilmişdir.Qeyd edək ki,Elçin Süleymanov tərəfindən təşkilatın `Review of Agricultural Trade Policies in former Soviet Union countries 2014-15` BMT Ərzaq və Kənd Təsərrufatı təşkilatı FAO-nun digər rəsmi hesabatı 2016-cı ilin mart ayında rus və ingilis dilində nəşr olunmuş və mütəxəssislərtərəfindənmüsbətdəyərləndirilmişdir. “2015-2016-cı illərdəPost-Sovet ölkələrində kənd təsərrüfatı  məhsullarının ticarəti siyasəti"  nəşrində neft qiymətlərinin azalması fonunda Azərbaycanın qeyri-neft sektorunun inkişafı ilə əlaqədar həyata keçirdiyi iqtisadi siyasət və kənd təsərrüfatının inkişafına yönəlmiş addımlar və həyata keçirilən proqramlar şərh olunmuşdur.Qeyd edək ki,Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Ali məktəblər üçün nəşr hüququ (qrifli nəşr) verilən bir dərslik, üç dərs vəsaiti , on monoqrafıya və dörd fənn proqramının həmmüəllifi olan Elçin Süleymanovun 50-dən çox elmi məqaləsi 30-dan çox müxtəlif xarici ölkədə nəşr edilmişdir. Bu  ilDr.Elçin Süleymanovun məqalələri Renewable and Sustainable Energy Reviews, Economic Modelling, Economies MDPİ, Expert Journal of Economics, Academic Journal of Economic Studies kimi impact faktorlu elmi jurnallarda nəşr olunmuşdur ki, bu jurnalların bəzilərinin impakt faktoru 10-a yaxındır. Bu Azərbaycan elmi üçün böyük uğurdur.

http://www.fao.org/economic/est/international-trade/europe-and-central-asia/cispubs/en/

 

http://www.fao.org/3/a-i7327r.pdf

 

 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 
 

©2020