01.08.2017 01.08.2017

, baxılıb - 284 dəfə

Yaponiyalı Professor Masamu Kamaga Bakı Mühəndislik Universitetinin qonağı olub. Qonağı qəbul edən BMU-nun Xarici Əlaqələr və Layihələrin İdarə Edilməsi Şöbəsinin müdiri Sevil İmanova universitetin akademik heyəti, maddi-texniki bazası, ixtisasları və Xarici əlaqələri barədə məlumat verib. Görüşdə əsasən gələcəkdə Yaponiya Universitetləri ilə Bakı Mühəndislik Universiteti arasında əməkdaşlıqların qurulması haqqında müzakirələr aparılıb. Eyni zamanda Mühəndislik ixtisasları ilə bağlı professor-müəllim heyətinin Bakı Mühəndislik Universitetinə dəvət olunması və prestijli Yaponiya şirkətlərində tələbələrin təcrübə keçməsi müzakirə olunub

   Səmimi qəbul üçün təşəkkür edən Pr. Masamu Kamaga universitetlə tanışlığın onda yüksək təəssüratlar yaratdığını qeyd edib. Hazırda İndoneziyanın özəl universitetlərindən birində Elektrik və Elektronika Mühəndisliyi üzrə dərs deyən M.Kamaga Bakı Mühəndislik Universitetində də bu ixtisasların yaradılmasının önəmli olduğunu bildirib.

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 
 

©2020