"Veysəloğlu Qrup" MMC-dən təqdirəlayiq kadr hazırlığı "Veysəloğlu Qrup" MMC-dən təqdirəlayiq kadr hazırlığı

, baxılıb - 679 dəfə

Bugün ölkəmizdə öz sektorunda xüsusi yeri olan şirkətlər universitetlərlə əməkdaşlığa əhəmiyyət verir. Universitetlərlə əməkdaşlıq, yeni məzun olmuş gənc kadrlara dəstək olmaq üçün çox əhəmiyyətli addımdır. Bu kimi fəaliyyətləri həyata keçirən şirkətlərdən biri də "Veysəloğlu Qrup" MMC-dir. "Veysəloğlu Qrup" MMC-nin həyata keçirdiyi VİA layihəsi imtahanlarla seçilmiş məzunlarımızı 5 ay müddətində həm nəzəri, həm də praktiki olaraq tam mütəxəssis kimi yetişdirir. Onlara həm xarici, həm də yerli mütəxəsislərdən dərs alması üçün imkanlar yaradır. Bakı Mühəndislik Universitetindən Müəssisələrə Əlaqələr və Karyera departamenti ilə "Veysəloğlu Qrup" MMC-nin yaxın əməkdaşlığı nəticəsində 8 nəfər məzunumuz seçilərək bu layihədə iştirak edir. Layihə onların gələcəkdə öz karyeralarını qurmaları istiqamətində çox önəmli rol oynayır. Qeyd edək ki, layihədə iştirak edən məzunlar önəmli vəzifələrdə işlə təmin olunacaqlar. Müəssislərlə Əlaqələr Karyera departamenti direktoru dos. Təyyar Mustafav və mütəxəssisi Sahilə Daşdəmirova VİA-da iştirak edən məzunlarımızı ziyarət edərək onlara uğurlar arzu ediblər və layihənin icrası haqqında fikir mübadiləsi aparıblar. Məzunlarımız VİA proqramının çox uğurla davam etdiyini qeyd ediblər.

Biz də univerisitetimiz adından layihəyənin təşkilində və uğurla icra edilməsində əməyi keçən hər kəsə, başda "Veysəloğlu Qrup" MMC-nin rəhbərliyinə, İnsan Resurslarının departamentinə və digər əmakdaşlarına öz təşəkkürümüzü bildiririk.

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2017