"Amrahbank" ASC-nin  təşkil etdiyi "Tələbə bankir" Dekabr təlimlərində iştirak etmək üçün qeydiyyatdan keçməyə tələsin ! "Amrahbank" ASC-nin təşkil etdiyi "Tələbə bankir" Dekabr təlimlərində iştirak etmək üçün qeydiyyatdan keçməyə tələsin !

, baxılıb - 210 dəfə

Hörmətli Bakı Mühəndislik Universitetinin tələbələri!

Gələcəkdə öz karyeranızı bank sektorunda görmək istəyirsinizsə "Amrahbank" ASC-nin təlim layihələri çərçivəsində "Tələbə bankir" təlim proqramına qoşula bilərsiniz. Təlimin əsas məqsədi tələbələrin inkişafına dəstək göstərmək və onların gələcək karyera seçimində onları maarifləndirməkdən ibarətdir. Təlimlərin davamlı olaraq hər ay keçirilməsi planlaşdırılır.

Dekabr ayı üçün nəzərdə tutulan təlimdə yalnız BMU İqtisadiyyat və İdarəetmə fakültəsinin tələbələri iştirak edə bilər.

Təlimdə İştirak üçün 21 dekabr saat 18:00 tarixinədək Müəssisələrlə Əlaqələr və Karyera departamentinə (rektorluq 118-120 nömrəli otaq) yaxınlaşaraq qeydiyyatdan keçməyiniz xahiş olunur.

Təlimin 25 və 27 Dekabr 2017-ci il saat 10:00-da “Amrahbank" ASC-nin baş ofisində keçiriləcək.

Qeyd edək ki, təlimin sonunda iştirak edən tələbələrə bank tərəfindən sertifikatlar təqdim ediləcək.         

BMU tələbələri üçün 25-27 Dekabr 2017 tarixində keçirilməsi nəzərdə tutulan təlimlərin mövzuları:

Bank hesabları

1.Bank hesabı növləri;

2.Bank hesablarının açılması üçün tələb olunan sənədlər (praktik sənədlərlə);

3.Bank hesablarının açılması qaydaları;

4.Bank hesablarının aparılması qaydaları;

5.Bank hesablarının bağlanması qaydaları;

6. Hesabdan pul vəsaitlərinin silinmə növbəliyi

 

Əlaqədər şəxslər:

Müəssisələrlə Əlaqələr və Karyera departamenti / Gülçöhrə İbrahimova / email: gibrahimova@beu.edu.az

İqtisadiyyat və İdarəetmə fakültəsi / Elvin Ələkbərov / email:  ealakbarov@beu.edu.az                             

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2018