“Veysəloğlu Şirkətlər Qrup” MMC "  VİA  layihəsinə start verdi “Veysəloğlu Şirkətlər Qrup” MMC " VİA layihəsinə start verdi

, baxılıb - 1040 dəfə

Hörmətli tələbələr !

Sizi “Veysəloğlu Şirkətlər Qrup” MMC-nin start verdiyi VİA  layihəsində iştirak etməyə dəvət edirik.

“Veysəloğlu Şirkətlər Qrup” MMC-nin təşkil etdiyi VİA layihəsi çərçivəsində tələbələrimiz aşağıdakı təlimlərdə iştirak edəcəklər:

  • Ümumi idarəetmə;
  • Maliyyə idarəsi;
  • İR idarəetməsi;
  • Logistika;
  • Hüquq;
  • Emosional intellekt;
  • Satış metodları;
  • Müştəri məmnuniyyəti;
  • Strateji düşünmə və təqdimat;
  • Şirkətin rəhbər şəxslərinin də iştirak etdiyi müzakirələr.

VİA-nın tələbələrə qazandıracağı imkanlar:

  • İşgüzar həyata hazırlıq;
  • Işgüzar həyatda birbaşa tədbiq edilən bilik və bacarıqlar;
  • Effektiv dinləmə və effektiv ünsiyyət;
  • Yaradıcı yanaşma və təhliletmə, peşəkar liderlik.

VİA-da  iştirak üçün tələblər:

  • 4-cü kurs, magistratura və yeni məzunlar;
  • Universitetə yüksək balla daxil olmaq və yüksək göstərici ilə bitirmək;
  • İngilis dilini intermediate səviyyədə bilmək;
  • VİA-da tam və aktiv iştirak etmək;
  • VİA-ya qəbul olduğu zaman ümumi əmək müqaviləsindən əlavə 2 illik, şirkətdə çalışma üzrə razılaşmanı imzalamağa hazır olmaq.

 

Proqramda iştirak etmək istəyən tələbələr 31.05.2018 tarixinə qədər tərcüməyi-hallarını (CV)  sadasdamirova@beu.edu.az elektron poçt ünvanına göndərə bilərlər. Məktubun “Mövzu” yerində “VİA” qeyd etməyi unutmayın.

 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2018