“University do Porto”da “Interweek”. “University do Porto”da “Interweek”.

, baxılıb - 259 dəfə

Bakı Mühəndislik Universitetinin əməkdaşı Erasmus+ mübadilə proqramı çərçivəsində Portuqaliyanın Porto Universitetində təşkil olunan proqramda iştirak etdi. 13-17 noyabr tarixlərində Porto şəhərində təşkil olunan tədbirlər planı beynəlxalq əlaqələr şöbəsinin əməkdaşları üçün nəzərdə tutulmuşdu.

Tədbirdə ABŞ, Kanada, Argentina, Braziliya, Meksika, Fransa, Lüksemburq, Almaniya, Macarıstan, Çexiya, İtaliya, Bosniya Hersoqviniya, İspaniya, Cənubi Afrika Respublikası, Mərakeş, Rusiya, Özbəkistan, Malaziya, Tayvan, Gürcüstan və Azərbaycan daxil olmaqla müxtəlif universitetləri təmsil edən 44 nümayəndə iştirak edirdi.

Proqramın ilk günü Universitetlərdən gələn nümayəndələrin ölkə və universitetlərin təqdimatı, tanıdılması və tanışlıqla başlayan tədbir daha sonra  Universitetin Beynəlxalq əlaqələr şöbəsinin direktoru Barbara Costanıntəqdimatında seminarlarla davam etdi.

Universitetin yaranması, fəaliyyəti, tədris sahələri və tədqiqat mərkəzləri, əməkdaşlıqlar, tələbə kontingenti barədə ətraflı məlumat verən natiq, daha sonra beynəlxalq əlaqələr şöbəsinin iş prinsipləri, strategiyası, fəaliyyəti, inkişafı, sturukturu, əməkdaşlıq, beynəlxalq tələbə qəbulu prinsipləri barədə danışdı.

Universitetin rektorluq binasında təşkil olunan proqramın ikinci günü beynəlxalq mübadilə proqramları, mobilliyinin keyfiyyətinin artırılması, Erasmus+ mübadilə proqramı, tələbə və professor müəllim heyətinin mobilliyinin təmini, əməkdaşlıq imkanları, mübadilədə iştirak etməyin faydaları barədə çıxışlar təqdim olundu.

Univeristetin beynəlxalq əlaqədar şöbəsi tərəfindən təşkil olunan bir həftəlik proqramda bu sahədə fəaliyyət göstərən kadrlara vaxtın idarə edilməsi və boş vaxt ayrılması, müasir dövrdə elektron alətlər, internet və online əlaqə vasitələrindən istifadə barədə seminar təqdim olundu.

Bundan başqa University do Portonun ixtisasca iqtisadçı olan prorektoru professor Carlos Brito  Universitetin tanıdılması üçün reklam vasitələrinin məqsədyönlü seçimi, bu zaman ölkənin, şəhərin və Universitetin diqqətçəkən tərəflərininin təqdiminin əhəmiyyəti barədə tədbir iştirakçıları qarşısında çıxış etdi.   

Tədbir zamanı müxtəlif ölkələrin nümayəndələrinin gətirdikləri şirniyyat yarmarkası və  universitetlərin tanıtım vasitələri nümayiş olundu.

Qeyd edək ki, proqram iştirakçıları üçün 13-17 noyabr tarixləri arasında təşkil olunan bu tədbir, Erasmus proqramının 30 illiyinə və Beynəlxlaq tələbə gününə təsadüf etdiyi üçün qonaqlar “Erasmusdan Eramus+-a 30 il” adlı konsert proqramı və University do Portoda təhsil alan xarici tələbələr üçün təşkil olunan “Magusto”tədbirlərində də iştirak etdilər.

Günel Həsənova, Xarici Əlaqələr üzrə prorektorluğun əməkdaşı

20.112017.

 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 
 

©2020