“Universal PRO” MMC ilə əməkdaşlıq çərçivəsində görüş keçirilmişdir “Universal PRO” MMC ilə əməkdaşlıq çərçivəsində görüş keçirilmişdir

, baxılıb - 218 dəfə

Bakı Mühəndislik Universitetinin Müəssisələrlə Əlaqələr və Karyera departamentinin təşkilatçılığı ilə ölkəmizdə fəaliyyət göstərən şirkətlərə mütəmadi olaraq işgüzar görüşlər təşkil edir. Növbəti görüşümüz “Universal PRO” MMC şirkətinə oldu. İlk öncə şirkətin nümayəndələri şirkət haqqında ətraflı məlumat verdilər, daha sonra şirkəti gəzdirərək fəaliyyətləriylə yaxından tanış etdilər. Həmçinin yeni bir layihələrinin  olduğunu  bildirdilər və Bakı Mühəndislik Universitetinin tələbələrini həmin layihələrinə cəlb etdikləri barədə məlumat verdilər. Layihələrinin daha da verimlliyinin artırmaq məqsədiylə Dos.Təyyar Müstafayev göstərmiş olduğu  və tələbələrin də  rahatlıqla izləyə biləcəyi anket sorğusunun hazırlaması və tələbələrin düzgün strategiya  seçmələri barədə geniş müzakirə aparıldı. Həmçinin  şirkətin işçilərinə təlim və seminarların universitetimizin təcrübəli müəllimləri tərəfindən verilməsi təklif olundu. Tələbə və məzunlarımızın  təcrübə proqramlarına cəlb olunması barədə danışıqlar  aparıldı. Görüşdə şirkətlə əməkdaşlığın qorunub saxlanılması və gələcəkdə də inkişaf etdirilməsi məqsədiylə əməktaşlıq müqaviləsinin bağlanması barədə geniş fikir mübadiləsi aparıldı.

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 
 

©2017