“SOCAR-da Ödənişli İstehsalat Təcrübəsi Proqramı” “SOCAR-da Ödənişli İstehsalat Təcrübəsi Proqramı”

, baxılıb - 800 dəfə

SOCAR Azərbaycan Respublikasının və xarici ölkələrin müxtəlif ali məktəblərində təhsil alan Azərbaycan vətəndaşı olan, öyrənməyə həvəsli, şəxsi inkişafı, peşəkar vərdişləri və praktiki biliklərini artırmağa maraqlı olan, təşəbbüskar, komandada işləməyi bacaran, ixtisasını sevən və yüksək ixtisas biliklərinə sahib gənclərə neft və qaz sənayesində istehsalat təcrübəsi keçmək imkanı yaradır. 

Gənclərin ödənişli istehsalat təcrübəsi SOCAR-ın tərkibində olan müəssisə və təşkilatlarda tələb olunan ixtisaslara uyğun olaraq 2 ay təcrübə müddəti olmaqla təşkil ediləcəkdir. SOCAR-ın strukturuna daxil olan qurumlarda, quruda ödənişli istehsalat təcrübəsi keçən gənclərə 200 AZN (vergilər daxil olmaqla), dəniz şəraitində istehsalat təcrübəsi keçən gənclərə 300 AZN (vergilər daxil olmaqla) məbləğində ödəniş nəzərdə tutulmuşdur. Təcrübə müddətinin sonunda bütün təcrübəçilərə fəaliyyətləri barədə istehsalat xasiyyətnaməsinin təqdim olunması, fəaliyyəti barədə müsbət rəy almış və SOCAR-da işləmək arzusu olan gənclərin kadr tələbatına uyğun olaraq müsahibə yolu ilə işlə təmin olunma məsələsinə baxılması nəzərdə tutulmuşdur.

Təcrübəyə aşağıdakı ixtisaslar üzrə Azərbaycan Respublikası və xarici ölkələrin ali təhsil müəssisələrində təhsilini bitirməkdə olan tələbələr, həmçinin məzunlar müraciət edə bilərlər (İxtisasların siyahısı illik kadr tələbatına uyğun olaraq formalaşdırılır və tələbatdan asılı olaraq, dəyişdirilə bilər).

Gənclərin ödənişli istehsalat təcrübəsi proqramında iddiaçı olmaq üçün gənclər aşağıda qeyd olunan bütün tələblərə cavab verməlidir:

    • Azərbaycan Respublikasının vətəndaşı olmalı;
    • Məzunlar tələb olunan ixtisaslar üzrə təhsil pilləsini son 3 tədris ilində bitirməli;
    • Tələbələr tələb olunan ixtisaslar üzrə bakalavr pilləsinin sonuncu kursunda (sonuncu semester) və ya magistratura pilləsində təhsil almalıdır.

Təcrübəyə seçim müsabiqə əsasında və 2 mərhələdən ibarət olmaqla həyata keçirilir:

  • I mərhələ - Müsabiqəyə müraciət edənlərin ixtisas, məntiqi təfəkkür, kompüter bilikləri və SOCAR və Azərbaycan haqqında biliklərinin yoxlanılması məqsədilə test imtahanı;
  • II mərhələ - İxtisas qrupları üzrə müvafiq keçid balını toplayanlar üçün müsahibələr.

Gənclərin istehsalat təcrübəsi proqramında iştirak etmək üçün iddiaçılar fərdi qaydada aşağıdakı ixtisaslar üzrə elektron qeydiyyatdan keçməlidirlər. 

 İxtisas qrupları (Bakı şəhəri)

  • Energetika
  • NÖC və avtomaika
  • Mexanika
  • Qaz-neft-mədən
  • Geoloji kəşfiyyat
  • İnformasiya və kommunikasiya texnologiyaları
  • İqtisadiyyat və idarəetmə
  • Kimya texnologiya
  • Tikinti
  • Əməyin mühafizəsi və həyat fəaliyyətinin təhlükəsizliyi

İxtisas qrupları (Sumqayıt şəhəri)

  • Ekologiya
  • Energetika
  • İqtisadiyyat və idarəetmə
  • Kimya texnologiya
  • Mexanika
  • NÖC və avtomatika
  • Tikinti

“İxtisas qrupları (Sumqayıt şəhəri)” üzrə müraciət edənlər təcrübə prosesini Sumqayıt şəhərində keçəcəklər.

Ətraflı məlumat və müraciət üçün https://careers.socar.az/internshiplist linkinə daxil ola bilərsiniz.

“SOCAR-da Ödənişli İstehsalat Təcrübəsi Proqramı” ilə əlaqədar əlavə suallarınızı hr@socar.az ünvanına göndərə bilərsiniz.

Son müraciət tarixi:  25.05.2018

 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2018