“Paşa İnşaat” MMC-nin əməkdaşları tələbələrimiz ilə görüş keçirdi “Paşa İnşaat” MMC-nin əməkdaşları tələbələrimiz ilə görüş keçirdi

, baxılıb - 532 dəfə

“Paşa İnşaat” MMC-nin  İnsan Resursları departamentinin əməkdaşları Rauf Musabəyli, Kamil Hüseynov, Kamal Xudaquliyev Müəssisələrlə Əlaqələr və Karyera departamentinin təşkilatçılığı ilə İnşaat mühəndisliyi, Mexanika mühəndisliyi  və Sənaye mühəndisliyi ixtisasının 3, 4-cü kurs tələbələri ilə görüş keçirdi. Görüş zamanı şirkət nümayəndələri şirkətdə hal-hazırda mövcud olan “Təcrübə Proqramı” haqqında ətraflı məlumat verərək, proqrama baş vurmaq üçün nələrə diqqət etmək lazım olduğu haqqında  tələbələri məlumatlandırdılar. Sonda tələbələrin sualları cavablandırıldı.

Onu da qeyd edək ki, təcrübə proqramı zamanı tələbələrə ödəniş ediləcək və proqrama seçilən tələbələrin təcrübə müddətində göstərdikləri performansları dəyərləndiriləcək və uyğun namizədlər işlə təmin ediləcək.

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2018