“North West Construction” Tələbə Təqaüdü Proqramının qalibləri açıqlandı “North West Construction” Tələbə Təqaüdü Proqramının qalibləri açıqlandı

, baxılıb - 395 dəfə

   Bakı Mühəndislik Universitetinin Müəssisələrlə Əlaqələr və Karyera departamentinin təşkilatçılığı ilə “Paşa İnşaat”ın subpodratçı şirkətlərindən olan “North West Construction” Tələbə Təqaüdü proqramı üzrə müsabiqə keçirib.

   Müsabiqədə qalib olan tələbələrə şirkətin baş ofisində Tural Hüseynov tərəfindən həyata keçirilən layihələr haqqında ətraflı məlumat verilib. Həmçinin proqramın qaliblərinin gələcəkdə şirkətdə yaranacaq yeni vakansiyalara cəlb edilməsində maraqlı olduqları və tələbələrin məlumatlarının kadrların baza sisteminə əlavə olunacağını bildirib. 

   Proqram üzrə qalib olan BMU-nun  İnşaat mühəndisliyi, Mexanika mühəndisliyi və Biznesin idarə edilməsi ixtisası üzrə sonuncu kursda təhsil alan 9 tələbə 2019-cu ildən etibarən ali təhsillərinin sonunadək aylıq 150 manat təqaüd almaqla yanaşı, 3 aylıq istehsalat təcrübəsini şirkətdə keçmək, inşaat sahəsi haqqında biliklərini artırmaq, şirkətin korporativ tədbirlərində, sosial fəaliyyətlərində, müxtəlif təlimlərdə iştirak etmək və gələcəkdə beynəlxalq təcrübəli şirkətdə işləmək şansları əldə ediblər.

 

 

 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 
 

©2019