“North West Construction” Tələbə Təqaüdü Proqramı elan edir ! “North West Construction” Tələbə Təqaüdü Proqramı elan edir !

, baxılıb - 91 dəfə

BMU-da Müəssisələrlə Əlaqələr və Karyera departamentinin təşkilatçılığı ilə “Paşa İnşaat”-ın subpodrat şirkətlərindən olan “North West Construction”–nın Təqaüd Proqramının təqdimatı keçirildi. Təqdimat zamanı “North West Construction”–nın İnsan resursları departamentinin əməkdaşı Tural Huseynov və Biznes inkişafı departamentinin əməkdaşı Orxan Cəfərov tərəfindən şirkətin həyata keçirdiyi layihələr haqqında ətraflı məlumat verildi. Həmçinin təqaüd proqramının prosedur və qaydaları haqqında, müraciət zamanı qarşılaşan problemlərlə bağlı tələbələrə ərtaflı məlumat verildi. 

Tələbə Təqaüdü proqramı üzrə qalib gələn tələbələr 2019-cu ildən etibarən ali təhsillərinin sonunadək aylıq 150 AZN təqaüd almaqla yanaşı, fevral ayından etibarən 3 aylıq istehsalat təcrübələrini şirkətdə keçmək, inşaat sahəsi haqqında biliklərini artırmaq, şirkətin korporativ tədbirlərində sosial fəaliyyətlərində, müxtəlif təlimlərdə iştirak etmək və gələcəkdə beynəlxalq təcrübəli şirkətdə işləmək şansları əldə edəcəklər.

Təqaüd proqramına 2019-ci ildə məzun olacaq aşağıda adları qeyd olunan bakalavr tələbələri müraciət edə bilər.

•  Biznesin idarə edilməsi –  (tədris dili Az / ing)

• İnşaat Mühəndisliyi - (tədris dili Az / ing)

• Mexanika Mühəndisliyi – (tədris dili Az / ing)

Təqaüd Proqramında iştirak etmək istəyən tələbələr aşağıda qeyd edilən linkə daxil olaraq proqram haqqında ətraflı məlumat əldə bilərlər: 

https://www.nwconstruction.com/site/assets/files/1886/nwc_student_scholarship_program_2018-1.pdf?fbc

Son müraciət tarixi 20.12.2018

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2018