“Məktəblilərin İnformatika üzrə Respublika fənn olimpiadası”nın Respublika mərhələsinin final turu keçirilib “Məktəblilərin İnformatika üzrə Respublika fənn olimpiadası”nın Respublika mərhələsinin final turu keçirilib

, baxılıb - 350 dəfə

   6 may 2018-ci il tarixində Bakı Mühəndislik Universitetində Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkil etdiyi “Məktəblilərin İnformatika üzrə Respublika fənn olimpiadası”nın Respublika mərhələsinin final turu keçirilib.

Olimpiadanın final turunda Respublikanın ümümtəhsil məktəblərindən 74 şagird iştirak edib.

İnformatika fənn olimpiadası 3 qrup (5-8, 9, 10-11-ci siniflər) üzrə keçirilib.

Olimpiadada PC^2 Proqramlaşdırma Müsabiqəsi Nəzarət Sistemindən istifadə edilib. Şagirdlərə fınal turunun məsələləri təqdim edilib və 4 saat ərzində 5 alqoritmik məsələnin proqramlarını (C, C++, Python, Pascal, Java proqramlaşdırma dillərində) tərtib etmək və PC^2 sistemində sınaqdan keçirmək tapşırığı verilib.

Qeyd edək ki, Olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi,  şagirdlərdə fənlərə olan marağın artırılması, onların  sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir.

 

 

 

 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 
 

©2020