“Karyeranı Özün Qur” seminarlarına KPMG şirkəti ilə start verdik “Karyeranı Özün Qur” seminarlarına KPMG şirkəti ilə start verdik

, baxılıb - 360 dəfə

Bakı Mühəndislik Universiteti Müəssisələrlə Əlaqələr və Karyera departamenti “Karyeranı Özün Qur” adlı silsiləvi seminarlarına start verdi. Seminar departamentin direktoru Gülçöhrə İbrahimova və mütəxəsisləri Sahilə Daşdəmirova, Vasif Fərəcov tərəfindən təşkil olundu. “Karyeranı Özün Qur” adlı seminarımızın ilk qonağı KPMG şirkətinin HR Meneceri Nərgiz İbrahimova və HR departamentinin koordinatoru Firəngiz Hacıyeva oldu. KPMG Böyük Dördlük şirkəti olaraq, dünyanın 152 ölkəsində 189 000-dən çox əməkdaşa malik olmaqla audit, vergi və məsləhət xidmətləri göstərən peşəkar şirkətlərin qlobal şəbəkəsidi. Seminarda Maliyyə, Mühasibat uçotu və audit, Biznesin idarəedilməsi ixtisasından olan son kurs tələbələri iştirak etdilər. Nərgiz xanım seminar zamanı effektiv iş axtarma yolları, CV-lərin düzgün yazılması, intervyulərə hazırlaşma, müsahibələrə psixoloji cəhətdən hazırlıq və s. mövzular haqqında, həmçinin KPMG-də yaxın zamanda keçirilməsi nəzərdə tutulan imtahan haqqında ətraflı məlumat verildi.

“Karyeranı özün qur” adı altında silsiləli seminarlar təşkil etməkdə məqsədimiz hər bir sonuncu kurs tələbəmizə - effektiv iş axtarma yolları, cəlbedici CV-lərin yazılması, intervyulərə hazırlaşma, müsahibələrə psixoloji cəhətdən hazırlıq, intervyulərdən sonra effektivliyin artırılması üçün atılan addımlar haqqında məlumatlandırmaq, onları ölkəmizdə bu sahədə mövcud qanunvericiliklə tanış etməklə, gələcək uğurlu karyeralarını qurmalarına köməklik göstərməkdir.

Seminarın keçirilməsində göstərdikləri əməkdaşlığa görə KPMG şirkətinin rəhbərliyi başda olmaqla HR departamentinin əməkdaşlarına öz təşəkkürümüzü bildiririk.

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2018