“Deloitte & Touch" LLC -də tələbələrimizə iş imkanları “Deloitte & Touch" LLC -də tələbələrimizə iş imkanları

, baxılıb - 113 dəfə

Artıq son illərdə şirkətlər yeni məzun olmuş tələbələrdən iş təcrübəsi tələb etmir. Bunun əksinə yeni məzun olmuş istedadlı tələbələri özlərinə cəlb etmək üçün onlara çox geniş fürsətlər təqdim edərək, universitetlərlə əməkdaşlıq edir və istedadlı tələbələri özləri seçirlər. Belə şirkətlərdən biri də “Deloitte & Touch" LLC şirkətidir.

Deloitte & Touch" LLC  Deloitte Touche Tohmatsu Limited (DTTL) şəbəkəsinin üzvü olan Deloitte CİS Holdings Limited-in (“Deloitte MDB”) bir hissəsidir. Şirkət 9 MDB ölkəsində, Gürcüstan və Ukraynada fəaliyyət göstərən 3,000-dən yuxarı əməkdaşla müxtəlif sənaye sahələrində çalışan dövlət müəssisələrinə və özəl müştərilərə audit, vergi, konsaltinq və maliyyə məsləhəti xidmətləri göstərir.

Müəssisələrlə Əlaqələr və Karyera Departamentinin təşkilatçılığı ilə “Deloitte&Touch" LLC şirkəti universitetimizdə işə qəbul prosesinin ilkin mərhələsi olan test imtahanını həyata keçirdi. İmtahanı Müəssisələrlə Əlaqələr və Karyera departamentinin direktoru Gülçöhrə İbrahimova mütəxəssisi Sahilə Daşdəmirova “Deloitte & Touch" şirkətinin HR departamentinin əməkdaşları Zeybə Tağızadə, Şəhla Xəlilova ilə birlikdə keçirdilər. İmtahanda  Maliyyə, Mühasibat uçotu və audit , Biznesin idarə edilməsi, Dünya iqtisadiyyatı ixtisasları üzrə təhsil alan 28 nəfər sonuncu kurs tələbələri (bakalavr və magistratura) iştirak etdilər. İmtahanın 1-ci mərhələsindən 14 tələbəmiz uğurla keçdi. Ən yaxın zamanda imtahan mərhələsini keçən tələbələrimiz şirkətə müsahibəyə dəvət olunacaqlar.

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2018