“Crescent Development Project” layihəsinin rəhbərliyi universitetimizdə “Crescent Development Project” layihəsinin rəhbərliyi universitetimizdə

, baxılıb - 28 dəfə

 

 Tələbə və məzunlarımızın nailiyyətləri bizim üçün çox əhəmiyyətlidir. Müəssisələrlə Əlaqələr və Karyera departamenti olaraq tələbə və məzunlarımıza iş həyatına ilk addımlarını atdıqda onlara kömək etməyə çalışırıq. Bunun üçün mütamadi olaraq yerli və xarici şirkətlərin sonuncu kurs tələbələrimizlə görüşlərini təşkil edirik. Növbəti görüşümüz İnşaat mühəndisliyi, Mexanika mühəndisliyi və Sənaye mühəndisliyi ixtisaslarının sonuncu kurs tələbələrinin Gilan Holdingin tərkibində fəaliyyət göstərə “Crescent Development Project” layihəsinin rəhbərliyi ilə təşkil edildi. Görüşdə layihənin rəhbəri Lawrence Elms, memarlıq üzrə direktoru Christopher Aspinall, Proyektlər üzrə meneceri Onur Aciel və İR departamentinin meneceri Samirə Mustafayeva çıxış etdi. Görüş zamanı tələbələrə şirkət mədəniyyəti, layihənin gündəlik iş prosesi və üzərində işlədikləri “La Luna Hotel”, “Crescent Bay”, “Gilan Towers” layihələri haqqında ətraflı məlumat verildi. Daha sonra bu layihələrdə tələbələrin təcrübə keçməsi ilə bağlı tələbələrin verdiyi suallar şirkət rəhbərlyi tərəfindən ətraflı cavablandırıldı.

 

Nəticə olaraq layihədə şirkət rəhbərliyi İnşaat mühəndisliyi, Mexanika mühəndisliyi və Sənaye mühəndisliyi ixtisaslarının (tədris dili ingiliscə) sonuncu kurslarından yüksək nailiyyətləri olan hər ixtisasdan 10 tələbə cəlb ediləcək. Həmin tələbələrə istehsalat təcrübəsi keçirilməsi nəzərdə tutulur. Uğur qazanan tələbələrə bu layihədə işlə təmin olunmaq imkanı yaranacaq.

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2018