“ClimateLaunchpad” in qalibi BMU-nun komandası olub “ClimateLaunchpad” in qalibi BMU-nun komandası olub

, baxılıb - 327 dəfə

 

   “SocialInnovationLab” ilin  startap hadisəsi olan, dünyanın ən geniş “cleantech” müsabiqəsi “ClimateLaunchpad”-in ölkə finalını keçirib və ölkəmizi Dünya Finalında təmsil edəcək 3 qalib startap müəyyənləşib. Azərbaycanın ilk dəfə qoşulduğu “ClimateLaunchpad” müsabiqəsində iştirak edən 13 startap  komandası ölkə finalında qalib olmaq uğrunda mübarizə aparıblar.

      Proqramın rəsmi tərəfdaşları “SUP Accelerator”, “NEXT STEP InnovationCenter”, Bakı Mühəndislik Universiteti, “BEU Technopark”, “GlobalStartupHub”, “Edumap.az” və “Technote” qurumlarıdır.

Bakı Mühəndislik Universitetinin Kimya mühəndisliyi kafedrasının müdiriDos. Yusif Abdullayev (Layihə rəhbəri), Kimya mühəndisliyi kaferdasının müəllimləri Günel Ağabəyli (iştirakçı), Nazim Nağızadə (iştirakçı),tələbələr(Kimya mühəndisliyi 3-cü kurs tələbələri), Fatimeyizəhra Nəbizadə və Aysel Qədiməliyevadan ibarət komandasının nümayiş etdirdiyi  “Karbon dioksidin elektrokimyəvi reduksiyası vasitəsilə dəyərli üzvi maddələrin sintezi”  layihəsi birinci yerə layiq görülüb. Qalib olan  komandamız ölkəmizi 17-18 oktyabr  2017-ci ildə Kiprin Limasol şəhərində keçiriləcək beynəlxalq yarışın final mərhələsində təmsil etmək hüququ qazanıb.

 

Dünyada artıq 4-cü dəfədir həyata keçirilən “ClimateLaunchpad” proqramını, ölkəmizdə startap ekosistemini təkmilləşdirmək məqsədilə “ClimateLaunchpad” rəsmi tərəfdaşı “SocialInnovationLab” həyata keçirmişdir. Müsabiqədə iştirak edən komandalar  təşəbbüskar ideyalarını məhsula çevirmək, həmin məhsulu kommersiyalaşdırmaq, qlobal bazara çıxarmaq yollarını araşdırıb və vacib biznes biliklərini layihələri üzərində tətbiq ediblər.

        Dünya finalında hər iştirakçı ölkədən 3 komanda Avropanın qabaqcıl investorları və sahibkarları qarşısında təqdimat edəcəklər. Azərbaycanı 13 startap komandasından finala vəsiqə qazanan 3 startap layihəsi təmsil edəcək.  Dünya finalında 1-ci yer 10000, 2-ci yer 5000 və 3-cü yer sahibləri 2500 avro pul mükafatı ilə təltif olunacaqlar.

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2017