“BASF Kaspian YKS” MMC-də işgüzar görüş keçirildi “BASF Kaspian YKS” MMC-də işgüzar görüş keçirildi

, baxılıb - 360 dəfə

Müəssisələrlə Əlaqələr və Karyera Departamentinin növbəti görüşü “BASF Kaspian YKS” MMC şirkəti ilə keçirilmişdir. Şöbəmizin direktoru Dos. Təyyar Mustafayev və mütəxəssisləri Gülçöhrə İbrahimova və Sahilə Daşdəmirova “BASF Kaspian YKS” MMC şirkətinin qonağı olmuşdur. Görüş fabrik müdiri Emin Şükürov və HR meneceri Ziba Quliyeva ilə keçirildi.

Görüşün əsas məqsədi universitetimizlə şirkət arasında əməkdaşlıq əlaqələri qurmaq, şirkətdə mövcud vakant yerlərə məzunlarımızın və tələbələrimizin cəlb edilməsi, tələbələrə istehsalat təcrübəsi qazandırmaq və ixtisaslarına uyğun olaraq şirkətdə günlük təcrübə xarakterli gəzintilərin təşkil etmək kimi sahələrdə fəaliyyətlərin planlaşdırılmasını müzakirə etmək idi. Səmərəli keçən görüşdə universitet-sənaye əməkdaşlığının inkişafına faydalı olunacaq digər mövzular da müzakirə olundu.

Onu da qeyd edək ki, 31 mart 2006-cı ildә tәsis edilmiş “BASF Kaspian YKS” MMC- Standartlaşdırma, Metrologiya vә Patent üzrә Dövlәt Komitәsindәn uyğunluq sertifikatı almışdır. Müәssisәnin mәhsulları Türkiyә istehsalı olan avadanlıqlar vasitәsi ilә istehsal edilir. “BASF Kaspian YKS” beton әlavәlәri vә inşaat kimyәvi materialları istehsal edir.

Səmimi görüş və faydalı əməkdaşlıq üçün “BASF Kaspian YKS” MMC-nin rəhbərliyinə və bütün kollektivinə təşəkkür edirik.

 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2018