“Aztexnika” MMC və “Aztikintiyol” MMC-də Məzunlar üçün təcrübə qazanmaq fürsəti “Aztexnika” MMC və “Aztikintiyol” MMC-də Məzunlar üçün təcrübə qazanmaq fürsəti

, baxılıb - 266 dəfə

“Aztexnika” MMC və “Aztikintiyol” MMC –nin İnsan Resursları departamentinin əməkdaşları bu il məzun olacaq tələbələrə istiqamətli təcrübə proqramı haqqında tələbələri məlumatlandırmaq üçün Bakı Mühəndislik Universitetinin qonağı oldular. Tələbələrin məlumatlandırılması üçün Universitetimizin binalarında şirkətin panosu və posterləri yerləşdirildi və tələbələrin bu proqram haqqında maraqlandıqları suallar cavablandırıldı. Daha sonra qonaqlarımız universitetimizin maddi – texniki bazası ilə tanış oldular və ən son texnologiyalar ilə təchiz olunmuş laboratoriyaların kadr hazırlığında xüsusi əhəmiyyət kəsb etdiyini vurğuladılar. Tələbələrimizə şirkətdə təcrübə keçmə imkanlarını yaratdığına görə şirkət rəhbərliyi başda olmaqla bütün əməkdaşlarına minnətdarlığımızı bildirir və əməkdaşlığımızın daha da möhkəmlənəcəyinə ümid edirik.

Qeyd edək ki, təcrübə proqramında iştirak etmək istəyən tələbələr Cv-lərini hr@aztexnika.az və hr@aztikintiyol.az  ünvanlarına göndərə bilərlər.

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 
 

©2017