“Azgranata Ticarət və Dağıtım” şirkəti ilə yeni əməkdaşlıq istiqamətləri “Azgranata Ticarət və Dağıtım” şirkəti ilə yeni əməkdaşlıq istiqamətləri

, baxılıb - 847 dəfə

Bakı Mühəndislik Universitetinin Müəssisələrlə Əlaqələr və Karyera departamentinin təşkilatçılığı ilə departamentin direktoru Təyyar Mustafayev, mütəxəssisləri Gülçöhrə İbrahimova, Sahilə Daşdəmirova ilə olan “Azgranata Ticarət və Dağıtım” şirkətinin İcraçı direktoru Anar Bayramov və İnsan Resursları meneceri Sevda Sərkərova arasında əməkdaşlıq çərçivəsində görüş keçirilmişdir. Görüş zamanı şirkətdə mövcud vakant yerlər, məzunlarımızın və tələbələrimizin bu vakant yerlərə cəlb edilməsi; tələbələrimizin istehsalat təcrübəsi keçmələri üçün müvafiq proqramların hazırlanması; tələbələrin praktiki təcrübələrini inkişaf etdirmək, dünya görüşlərini artırmaq məqsədi ilə ixtisaslarına uyğun olaraq şirkətdə günlük təcrübə xarakterli gəzintilərin təşkili; universitetdə müasir tədris texnologiyaları üzrə ekspert-məsləhət xidmətləri göstərmək məqsədi ilə müəssisələrin aparıcı mütəxəssisləri tərəfindən müxtəlif sahələrdə müvafiq dərslərin verilməsi (master-klass); tədqiqat-araşdırma, kurs və buraxılış işlərinin, magistrantların dissertasiya mövzularının praktiki hissəsinin araşdırılması üçün tələbələrə köməklik göstərməsi; şirkətin istehsalat təcrübələrinin universitetdə istifadəsi, universitet müəllimlərinin və tələbələrinin şirkətin fəaliyyətinə cəlb edilməsi, ölkənin sahibkarlıq sektorunun elmi-tədris işlərinə cəlb edilməsi məqsədi ilə şirkət ilə qarşılıqdı əməkdaşlıq müqaviləsinin bağlanması kimi mövzular müzakirə edildi.

Əməkdaşlıq üçün qeyd olunan səmərəli təkliflərə, tələbələrimizə göstərdikləri diqqət və qayğıya görə “Azgranata Ticarət və Dağıtım” şirkətinin rəhbərliyinə öz təşəkkürümüzü bildiririk. Görüşün sonunda xatirə şəkili çəkildi.

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 
 

©2020