“Azercell Telekom” MMC Tələbə Təqaüdü Proqramını elan edir! “Azercell Telekom” MMC Tələbə Təqaüdü Proqramını elan edir!

, baxılıb - 117 dəfə

Bakı Mühəndislik Universitetinin Müəssisələrlə əlaqələr və Karyera Departamentinin təşkilatçılığı ilə Azercell Telekom” MMC-nin İnsan qaynaqları departamentinin mütəxəssisləri universitetimizdə Tələbə Təqaüdü Proqramı haqqında təqdimat keçirdi. Təqdimatda 3-cü və 4-cü kurs tələbələrinə proqrama müraciət etmək qaydaları haqqında məlumat verildi. Qeyd edək ki, Tələbə Təqaüdü Proqramı üzrə qalib gələn tələbələr cari təhsil müddətinin sonunadək aylıq 200 AZN təqaüd almaqla yanaşı, telekommunikasiya sahəsi haqda biliklərini artırmaq, şirkətin korporativ tədbirlərində və sosial fəaliyyətlərində iştirak etmək, müxtəlif təlimlərdə iştirak etmək və şirkətdə təcrübə keçmək şansını əldə edəcəklər.

Proqramın məqsədi müvəffəqiyyətlə təhsil alan və fərqlənməyi bacaran tələbələrə xüsusi qayğı nümayiş etdirmək, yüksək potensiala malik gənclərin peşəkar kimi formalaşmasına dəstək olmaqdan ibarətdir.

Müraciətlər oktyabrın 15-dək qəbul olunacaq.

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 
 

©2017