“Azərsun Holdinq” ilə görüş “Azərsun Holdinq” ilə görüş

, baxılıb - 232 dəfə

Müəssisələrlə Əlaqələr və Karyera Departamenti növbəti görüşünü “Azərsun Holdinq”in nəzdində fəaliyyət göstərən Azərsun Akademiyasında Müəssisələrlə Əlaqələr və Karyera departamentinin direktoru Gülçöhrə İbrahimova, mütəxəssisi Sahilə Daşdəmirova ilə Azərsun Akademiyası direktoru Cəlal Eynullayev və Təlim və İnkişaf şöbəsinin müdiri Elçin Əzimli və İnsan resursları üzrə mütəxəssisi Alagöz Məmmədova arasında keçirdi. 

Görüş zamanı sonuncu kurs tələbələrimizin 15.02.2019-15.05.2019 tarixlərində "Azərsun Holdinq"-də istehsalat təcrübəsi keçmələri, "Azərsun Holdinq"-in tərkibində olan zavodlarda günlük təcrübə gəzintisinin təşkili, tələbələrə əmək bazarının tələbləri və karyeralarını necə qurmaları üçün holdinqin İnsan Resursları departamentinin əməkdaşları tərəfindən seminarın keçirilməsi mövzusunda müzakirələr aparıldı.

Onu da qeyd edək ki, “Azərsun Holdinq” ildən ilə fəaliyyət sahələrini artıraraq, qida istehsalı, kənd təsərrüfatı, qablaşdırma və kağız sahələrinə aid 30-dən artıq müəssisəni istifadəyə verərək, bu gün qida sənayesi sektorunda ölkənin aparıcı şirkətlərini birləşdirən böyük bir holdinqdir.

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 
 

©2019