“Azərbaycan uğrunda həmrəylik!” adlı tədbir keçirilib “Azərbaycan uğrunda həmrəylik!” adlı tədbir keçirilib

, baxılıb - 217 dəfə

    Bakı Mühəndislik Universitetində  Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə  “Azərbaycan uğrunda həmrəylik!” adlı əyləncəli bədii tədbir  keçirilib.

   Universitetin rektoru, professor Havar Məmmədov Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə müəllim və tələbələri təbrik edərək xoş arzularını çatdırıb və bildirib ki, bu tarix milli birliyin yaradılmasının başlanğıc nöqtəsidir. Ulu öndər Heydər Əliyevin azərbaycançılıq fəlsəfəsini, azərbaycançılıq ideyasını yaşadanlar bu birliyə, bu həmrəyliyə öz töhfələrini verirlər. 1991-ci ildən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qəbul olunmuş qərarla keçirilən bu bayram indi dünyanın 100-ə yaxın ölkəsində yüksək səviyyədə qeyd olunur. Dövlət başçısı İlham Əliyev tərəfindən xalqımızın birliyi, həmrəyliyi üçün mühüm işlər görüldüyünü diqqətə çatdıran rektor indiyədək 4 dəfə xaricdə yaşayan  azərbaycanlıların müstəqil Azərbaycan  Respublikası  ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında birliyin və həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmaları, cəmiyyət və birliklərinin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi ilə bağlı məsələlərin müzakirə edilməsi üçün “Dünya Azərbaycanlılarının Qurultayı” keçirildiyini qeyd edib. Sonda bu bayramın Azərbaycan qürurunu mənliyində yaşadanların bayramı olduğunu vurğulayan rektor tədbir iştirakçılarını bir daha təbrik edib.

   Tədbir universitetin mədəniyyət şöbəsinin təşkilatçılığı ilə tələbələrin ifasında  bir-birindən maraqlı rəqs nömrələri, səhnəciklər və mahnılarla davam edib.

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 
 

©2019