“AVRORA” şirkətində ödənişli təcrübə proqramı “AVRORA” şirkətində ödənişli təcrübə proqramı

, baxılıb - 670 dəfə

Bakı Mühəndislik Universitetinin tələbə və magistrlarının nəzərinə!

“AVRORA” şirkəti özünə güvənən, iradəli və potensiallı gənclərin axtarışındadır. “AVRORA” ölkədə geniş ticarət şəbəkəsinə sahib, istehsal, distribyusiya və pərakəndə satış sahəsi üzrə fəaliyyət göstərən qabaqcıl, müasir və dəyərlərinə sadiq olan bir şirkətdir.

Kimləri axtarır:

- Mühasibatlıq, Maliyyə uçotu və İqtisadiyyat ixtisasları üzrə sonuncu kurs bakalavr və magistr tələbələrini

Tələblər:

- Orta bal GPA “80” və daha yüksək;

- Analitik düşüncə və yeni biliklərə yiyələnmə istəyi;

- Yüksək səviyyədə Ana dil biliyi sahib olmalıdır. (rus və ingilis dil bilikləri üstünlükdür)

Seçim prosesi - 3 mərhələli müsabiqə əsasında namizədlərin seçimi:

  •    1-ci mərhələ - Test imtahanı
  •    2-ci mərhələ - HR müsahibə
  •    3-cü mərhələ - Funksional müsahibə

6 aylıq ödənişli təcrübə: 

Mühasibatlıq, Büdcə və Nəzarət, Biznes proyektlər üzrə təcrübə proqramları

Ödənişsiz nəzəri və praktiki təlimlər:

MS Excel üzrə

Biznes proseslər üzrə

İş yerində ixtisas üzrə

Təcrübə proqramının üstünlükləri

- “Avrora” MMC-nin diversifikasiyalı biznesində (distribusiya, istehsalat, satış) bilavasitə iştirak

- Səmimi kollektiv abu-havasında təcrübəli əməkdaşlarla çalışma imkanı

- Təcrübə müddətini uğurla bitirən namizədlərin işlə təmin olunması

 

Proqramda iştirak etmək istəyən tələbələr 15.06.2018 tarixinə qədər tərcüməyi-hallarına (CV) GPA balını da əlavə edərək gibrahimova@beu.edu.az elektron poçt ünvanına göndərə bilərlər. Məktubun “Mövzu” yerində “AVRORA” qeyd etməyi unutmayın.

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2018