“AVRORA” şirkəti ilə təcrübə ilə bağlı görüş “AVRORA” şirkəti ilə təcrübə ilə bağlı görüş

, baxılıb - 865 dəfə

Bugün ölkədə geniş ticarət şəbəkəsinə sahib, istehsal, distribyusiya və pərakəndə satış sahəsi üzrə fəaliyyət göstərən qabaqcıl, müasir və dəyərlərinə sadiq olan “Avrora” MMC-nin Regionlar üzrə insan resursları meneceri Elçin Şükürov və Xəzinədarlıq şöbəsinin rəhbəri Rəna İbadova Müəssisələrlə Əlaqələr və Karyera Departamentinin qonağı oldu. Görüş zamanı şirkət nümayəndələri şirkətdə hal-hazırda mövcud olan “Təcrübə Proqramı” haqqında ətraflı məlumat verdilər. Proqramda Bakı Mühəndislik Universitetinin tələbələrinin iştirakının vacibliyi vurğulandı. Şirkətin bu proqramda əsas məqsədi özünə güvənən, iradəli və potensiallı gənclərin iştirakı olduğu üçün, daha çox gənclərlə işləməyə üstünlük verdikərini və bu kimi proqramlara yenilikçi düşüncələri olan tələbələrin cəlb edilməsində maraqlı olduqlarını bildirdilər.

Qeyd edək ki, təcrübə müddətini uğurla bitirən namizədlər işlə təmin olunacaqlar.

Proqramda iştirak etmək istəyən BMU tələbələri 15 İyun tarixinə kimi tərcüməyi-hallarına (CV) GPA balını da əlavə edərək gibrahimova@beu.edu.az elektron poçt ünvanına göndərə bilərlər.  Məktubun “Mövzu” yerində “AVRORA” qeyd etməyi unutmayın.

Proqram haqqında ətraflı məlumat üçün:

http://beu.edu.az/az/news/“AVRORA”-şirkətində-ödənişli-təcrübə-proqramı-9456.html

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2018