“ATL Group” MMC ilə yeni əməkdaşlıq istiqamətləri “ATL Group” MMC ilə yeni əməkdaşlıq istiqamətləri

, baxılıb - 502 dəfə

Müəssisələrlə əlaqələrin inkişaf etdirilməsi və tələbələrin istehsalat təcrübəsinə yerləşdirilməsi məqsədi ilə departamentimizin keçirdiyi görüşlər çərçivəsində növbəti görüş “ATL Group” MMC-də baş tutdu. Görüşdə departamentin direktoru dos.Təyyar Mustafayev, mütəxəssisləri Gülçöhrə İbrahimova və Sahilə Daşdəmirova, ATL İnfoTech–in Texniki direktoru Vurğun Hacıyev, “ATL Group” MMC-nin İnsan Resurslarının İdarə edilməsi departamentinin rəhbəri Leyla Əhmədova, “ATL Group” MMC-nin İnsan Resurslarının İdarə edilməsi departamentinin  Təlim planlama koordinatoru Xanım Axundova iştirak etdi. Görüş zamanı tələbərimizin istehsalat təcrübəsi keçmələri üçün müvafiq proqramların hazırlanması, BMU-da müasir tədris texnologiyaları üzrə ekspert-məsləhət xidmətləri göstərmək məqsədi ilə “ATL Group” MMC –nin aparıcı mütəxəssisləri tərəfindən “İnformasiya Texnologiyaları” sahəsində "master-klass"-ların keçirilməsi, tədqiqat-araşdırma, kurs və buraxılış işlərinin, magistrantların dissertasiya mövzularının praktiki hissəsinin araşdırılması üçün tələbələrə şirkət tərəfdən köməklik göstərilməsi, müvafiq fəaliyyət sahələri üzrə şirkət ilə ortaq layihələrin təşkili mövzuları müzakirə olundu. Müzakirələrin nəticəsi olaraq ölkənin sahibkarlıq sektorunun elmi-tədris işlərinə cəlb edilməsi məqsədi ilə şirkət ilə qarşılıqdı əməkdaşlıq müqavilələrin bağlanması təklifi edildi. Sonda təklifimizin xoş qarşılanaraq növbəti görüşlərdə müzakirə edilərək dəyərləndiriləcəyi bildirildi və xatirə fotosu çəkildi.

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2018