“İdeal müəllim” kitabının təqdimatı olub “İdeal müəllim” kitabının təqdimatı olub

, baxılıb - 101 dəfə
 
 

Mayın 12-də “Azərkitab” Kitab Təbliğatı Mərkəzində Bakı Mühəndislik Universitetinin (BMU) riyaziyyat və informatika kafedrasının riyaziyyat müəllimi Bəhman Məmmədovun "İdeal müəllim" kitabının təqdimatı keçirilib

 

Təqdimat mərasimində  tanınmış ziyalılar, ictimai xadimlər, jurnalistlər, Bakı Mühəndislik Universitetinin prorektor və müəllimləri, tələbələr iştirak ediblər.

 

Qeyd edək ki, ideal müəllim necə olmalıdır, müəllim sinfi necə idarə etməlidir, müəllim-şagird-valideyn münasibətləri necə qurulmalıdır və s. kimi pedaqoji prosesdə həmişə aktual olan və müəllimləri hər zaman düşündürən  məsələlərə dair  tanınmış müəllimin qənaətləri, mülahizələri yer alan kitaba Azərbaycan Təhsil Şurasının sədri, professor Əjdər Ağayev və professor Azadxan Adıgözəlov rəy veriblər.

 

Mərasimi BMU-nun “Azərbaycan dili və ədəbiyyat” kafedrasının müdiri Emin Ağayev açaraq Bəhman müəllimin pedaqoji fəaliyyəti haqqında qısa məlumat verib, təqdim olunan kitabın onun nəzəri araşdırmalarının və çoxillik pedaqoji təcrübəsinin məhsulu olaraq hasilə gəldiyini deyib.

 

Təqdimat mərasimində çıxış edən Abşeron Rayon Təhsil Şöbəsinin müdiri Nazilə Məmmədova rayonda yaxşı müəllim kimi tanınan B. Məmmədovun kitabında  pedaqoji sahə üçün böyük önəm kəsb edən məsələlərdən bəhs edildiyini, müəllimlərin belə kitablara ehtiyacı olduğunu bildirib. Qeyd edib ki, “İdeal müəllim” nəşri gənc müəllimlərin stolüstü kitabı olmalıdır. Çünki burada müəllimin şagirdlərlə necə davranması, hansı prinsiplər əsasında münasibətlər qurması, ümumiyyətlə, tədris prosesinə necə yanaşması məsələləri, bütövlükdə ideal müəllimliyin resepti öz əksini tapıb.

 

Bakı Mühəndislik Universitetinin prorektoru Yavər Məmmədov  yeni savadlı, tərbiyəli gənc nəslin yetişdirilməsində kitabın əhəmiyyətli rol oynayacağına inandığını söyləyib.

 

BMU-nun digər prorektoru Elçin Süleymanov "İdeal müəllim" kitabının məziyyətlərindən danışıb, savadlı və intellektual gənc nəslin yetişməsində müəllimlərin üzərinə düşən məsuliyyətdən söz açıb.

 

Çıxış edən digər tədbir iştirakçıları da kitabla və müəlliflə bağlı ürək sözlərini ifadə ediblər.

 

Sonda mərasim iştirakçılarına və çıxış edənlərə  minnətdarlıq edən kitabın müəllifi Bəhman Məmmədov “İdeal müəllim”in təhsil ictimaiyyəti tərəfindən də maraqla qarşılanacağına ümidvar olduğunu deyib.

 

Yusif ƏLİYEV

http://www.muallim.edu.az/print.php?id=1005

 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2018