Ən yaxşı startap komandası olan ali təhsil müəssisələri bəlli oldu Ən yaxşı startap komandası olan ali təhsil müəssisələri bəlli oldu

, baxılıb - 105 dəfə

   Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin Azərbaycan Gənclər Fondu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, “Microsoft” və “Azercell” şirkəti ilə birgə həyata keçirdiyi “İdeyadan Biznesə” layihəsi çərçivəsində Bakı Mühəndislik Universiteti, Bakı Dövlət Universiteti, ADA Universiteti, Azərbaycan Texniki Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universitetlərində startap turları təşkil edilərək hər bir təhsil müəssisəsi üzrə qaliblər müəyyən olunmuşdu.

  8 Oktyabr 2018-ci il tarixində isə "İdeyadan Biznesə" layihəsi çərçivəsində Bakı ali təhsil müəssisələrinin tələbələrindən ibarət komandaların  startap layihələri yarışıb.

   Yarışda Bakı Mühəndislik Universiteti, Bakı Dövlət Universiteti, ADA Universiteti,  Azərbaycan Texniki Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universitetlərinin tələbələri iştirak edib.

  Tələbələrdən ibarət 15 komandanın hər biri 3 dəqiqə ərzində öz layihəsini  münsiflər heyəti qarşısında təqdim edib. Münsiflər layihələri “İdeya”, “İnnovasiyalar”, “Texnologiyalar” və “Mümkünlük” kriteriləri üzrə qiymətləndiriblər.

   Layihələrin təqdimatından sonra ən yaxşı startap komandası olan ali təhsil müəssisələrinin adları bəlli olub. Belə ki, Bakı Mühəndislik Universiteti I yer, ADA Universiteti II yer, Azərbaycan Texniki Universiteti isə III yeri tutub.

   Ümumilikdə ali məktəblər üzrə 8 startapçı - “Gonex” layihəsi ilə Adil Qafarlı, “Guide to” layihəsi ilə  İlkin Quluzadə, “Just” layihəsi ilə  Əli Babayev, “Yoldaş” layihəsi ilə Rüstəm Həsənli, “Xilaskar Braslet” layihəsi ilə Nərgiz Əliyeva, “Smart home” layihəsi ilə İsmayıl Həsənov, “Eagle 2.0” layihəsi ilə Ayxan Qurbanov, “Mayak” layihəsi ilə Aytac Əsgərova startap turlarının qaliblərinin yarışacağı Milli Finala dəvət olunub. Qeyd edək ki, Milli Final  26-30 oktyabr tarixlərində  ilk dəfə olaraq Bakıda təşkil olunan “İnnovasiyalar həftəsi” çərçivəsində keçiriləcək.

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2018