Əmlak Məsələləri Dövlət Komitəsindən unikal layihə Əmlak Məsələləri Dövlət Komitəsindən unikal layihə

, baxılıb - 611 dəfə

Hörmətli tələbələrimiz və məzunlarımız!

Sizi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin start verdiyi “Əmlak Məsələləri Dövlət Komitəsində könüllü fəaliyyət və işə qəbul” Proqramında iştirak etməyə dəvət edirik!

Layihə çərçivəsində siz Əmlak Məsələləri Dövlət Komitəsinin yüksək vəzifəli əməkdaşları tərəfindən keçirilən təlimlərdə, müxtəlif qurumlarında könüllü fəaliyyətin həyata keçirilməsində iştirak edəcəksiz. Beləliklə, gənclər təcrübəli işçilərlə ünsiyyət, real iş mühitinin mənimsənilməsi, iş etikasının öyrənilməsi imkanlarını qazanacaqlar.

Proqramın bütün məzunları sertifikatlarla təltif ediləcəklər.

Proqramda iştirak etmək istəyən tələbə və məzunlar 22.05.2018 tarixinə qədər Müəssisələrlə Əlaqələr Departamenti ilə (Rektorluq Binası/118,120-ci otaq) əlaqə saxlayaraq  qeydiyyatdan keçə bilərlər.

Proqramın tələbləri:

Təhsil: İqtisadiyyat və idarəetmə, Hüquq və Mühəndislik sahəsində ali təhsil

Yaş həddi: 30 yaşa qədər

Proqramda iştirak tamamilə ödənişsizdir.

Proqram həftə içi beş gün saat 09:00-dan 18:00-dək keçirilməklə iki ay davam edəcəkdir.

Layihənin əhatə dairəsi: Əmlak Məsələləri Dövlət Komitəsinin tabeliyində olan qurumlar daxilində müxtəlif fəaliyyət sahələri:

1.    İnsan Resurslarının İdarə Edilməsi;

2.    Maliyyə;

3.    Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı;

4.    İnformasiya Texnologiyaları və proqramlaşdırma;

5.    Mühəndislik;

6.    Hüquq.

Layihənin əsas məqsədi gənclərin inkişafina töhfə verməkdən və Əmlak Məsələləri Dövlət Komitəsinin struktur bölmələri üçün gənc kadr ehtiyatını hazırlamaqdan ibarətdir.

Ətraflı Məlumat:

Ətraflı Məlumat almaq üçün (+994 12) 349 99 78, (+994 77) 460-41-28   nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2018