Əməkdaşlarımız Milli İnsan Resurları Forumunda Əməkdaşlarımız Milli İnsan Resurları Forumunda

, baxılıb - 54 dəfə

Müəssisələrlə Əlaqələr və Karyera Departamenti mütəxəsisləri Gülçöhrə İbrahimova və Sahilə Daşdəmirova Müəssisə və təşkilatlarda İnsan Resurlarının İdarə edilməsi departamentləri ilə əlaqələrin inkişaf etdirilməsi məqsədi ilə 29.09.2017 tarixində keçirilmiş “ Milli İnsan Resursları Forumu 2017 ” tədbirində iştirak etmişlər. Sevindirici haldır ki, artıq ölkəmizdə il ərzində biznes sektoruna aid tədbirlər əvvəlki illərlə müqayisədə xeyli artıb. Bundan əlavə də xeyli sayda aktivliklər, maarifləndirmə məqsədli seminarlar olur. “Milli Insan Resursları Forum 2017 “ 3 paneldən ibarət idi. Spikerlər isə hədəfi insan resurslarının idarə edilməsi sahəsi üzrə peşəkarlar və insan resursları idarəçiliyi funksiyalarının tətbiqi ilə təmasda olan rəhbər şəxslər idi.

Əsas mövzular:

1. Görünən və görünməyən CEO.

2. Startup və oturuşmuş şirkətin idarə edilməsi arasındakı fərq.

3. Şirkət strategiyasında HRM'in rolu

4. Kreativ motivasiya.

5. İnsan Resursları sisteminin inteqrasiyası

6.  Dəymiş meyvələr, əkilməli toxumlar.

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 
 

©2017