Əməkdaşlıq görüşləri davam edir Əməkdaşlıq görüşləri davam edir

, baxılıb - 487 dəfə

Bakı Mühəndislik Universitetinin Müəssisələrlə Əlaqələr və Karyera departamenti müəssisələrlə əlaqələrin qurulmasında və inkişaf etdirilməsində müxtəlif fəaliyyətlər hayata keçirir. Fəaliyyətlərindən biri də  tələbə və məzunların işlə təmin olunması və tələbələrin istehsalat təcrübələrinə cəlb edilməsi ilə bağlı müəssisələrlə əməkdaşlıq etməkdən ibarətdir. Bu istiqamətdə bu gün departamentin əməkdaşları ilə sığorta sistemində fəaliyyət göstərən “Kompas Konsaltinq” MMC-nin əməkdaşları arasında görüş keçirilmişdir. Görüşdə şirkət nümayəndələri şirkətlərində olan vakansiyalar haqqında ətraflı məlumat verdilər. Həmçinin qeyd etdilər ki, Bakı Mühəndislik Universitetinin tələbələrinin bilik və bacarıqlarının yüksək olduğunu bildikləri üçün məhs bu universitetin tələbələrini mövcud vakansiyalara uyğun dəyərləndirməkdə maraqlıdılar. 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2017