Əcnəbi tələbəmiz seminarda iştirak edib Əcnəbi tələbəmiz seminarda iştirak edib

, baxılıb - 128 dəfə

 

Təhsil Nazirliyinin təşkilatçılığı ilə Şamaxı şəhərində “Azərbaycanlıların soyqırımı: yüz ilin yaddaşında” mövzusunda “Novruz mühazirəsi” keçirilib.

Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev, ziyalılar, media rəhbərləri, QHT nümayəndələri, təhsil ekspertləri və KİV təmsilçiləri iştirak edib. Seminarda həmçinin, ali məktəblərdə təhsil alan 30 nəfər əcnəbi tələbə də iştirak edib. Əcnəbi tələbələr ümummilli lider Heydər Əliyevin büstünü və Şamaxı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər.

Şamaxıya səfər zamanı  1918-ci ildə Şamaxı soyqırımı zamanı ən böyük qırğınların törədildiyi Cümə məscidinə baş çəkməklə əcnəbi tələbələr Azərbaycan xalqının başına gətirilənlərlə daha yaxından tanış olublar. Tarix elmləri doktoru, professor Anar İsgəndərovun 1918-ci ilin mart hadisələri barədə tarixi fakları əcnəbi tələbələrin diqqətinə çatdırıb.

         Tədbirdə 20-dən artıq xarici ölkədən tələbəsi olan Bakı Mühəndislik Universitetinin Myanmalı tələbəsi Nay Lintun da iştirak edib. Nay Lintun ona ünvanlanan sualı cavablandırarkən qeyd edib ki, “Mən uzaq Myanma torpağından Azərbaycana gəlmişəm. 6 ay ərzində Azərbaycan dilini öyrəndim. İndi hər bir azərbaycanlı ilə öz dilində danışa bilirəm. Azərbaycanlıların erməni vəhşiliyindən əziyyət çəkdiyini bilirəm. Xocalı faciəsi ilə yaxından tanış olduqca, bu soyqrımının mənə yad olmadığını hiss edirəm. Çünki Myanmadakı həmvətənlərim də soyqırımı siyasətinin qurbanına çevriliblər. İndi Myanmada sakitlikdir. Amma insanların kütləvi şəkildə qətl edilməsi yaddaşlardan silinməyəcək”.

 

 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2018