Əcnəbi tələbələrin Qobustan gəzintisi Əcnəbi tələbələrin Qobustan gəzintisi

, baxılıb - 36 dəfə

 1 Dekabr tarixində Beynəlxalq Əlaqələr və Layihələrin İdarə Olunması şöbəsi və BMU multikulturalizm və tələbələr klubunun təşkilatçılığı ilə Bakı Mühəndislik Universitetində təhsil alan Əcnəbi tələbələrin “Qobustan Milli Tarix-Bədii Qoruğuna” gəzintisi təşkil olundu.

   Gəzintidə Rusiya, Türkmənistan, Özbəkistan, Peru, Çin, Çad və Türkiyədən olan tələbələr iştirak ediblər. Gəzintinin əsas məqsədi fərqli mədəniyyətlərə sahib tələbələri bir araya gətirmək, onları bir-biri ilə yaxından tanış etmək və ölkəmizin tarixi və mədəniyyəti ilə onları əyani və yaxından tanış etmək idi. Bunun üçün yolboyu əyləncəli oyunlar və tur rəhbəri vasitəsilə tarix muzeyi ilə yaxından təşkil olundu.

   Tələbələr gəzinti haqda təəssüratlarını bizimlə bölüşüblər:

   Mənim gözləntilərimə  görə daha cazibədar bir tur oldu. Qısa müddətli gəzinti olmasına baxmayaraq qazandığım dünyagörüşü, yeni dostlar və əyləncəli anlar üçün BMU Multikulturalizm klubu təşkilatçılarına çox təşəkkür edirəm. Uğurlar.( Hulya Sabirzade-Chemical Engineering)

   Gobustan turumuz  çox xoşuma gəldi. Baxmayaraq ki, soyuq və küləkli idi, amma buna dəyərdi. Bir Beynəlxalq Münasibətlər tələbəsi olaraq deyə bilərəm ki, bu mənim üçün informativdir, çünki bəzi dərslərimizlə əlaqəli olur! Muzeyi və mağaraları sevdim. Bütün təşkilatçılara təşəkkür edirəm(Anara Shakzinda- Beynəlxalq Münasibətlər)

   Qobustan tarixində yaşadığım təcrübə ... unudulmaz olacaqdır. Qobustan, Azərbaycanın qədim tarixini, bu torpaqların necə olduğunu və xalqın həyat tərzini bizə göstərən əyani sübutdur. Dostlarla birlikdə Qobustanda əldə edilən təcrübə əvəzolunmaz bir şeydir. Şəxsi olaraq BMU Multikulturalizm klubu və Beynəlxalq Əlaqələr şöbəsi tərəfindən təşkil edilən turu üçün çox şadam.( Jorge Laura-Beynəlxalq Münasibətlər)

   Qobustanı gəzdim.Həqiqətən həyəcanverici idi. Gobustanda müxtəlif daşlar və maraqlı şeylər var. Bu tarixi şeylər sübut edir ki, Azərbaycanın qədim tarixi var.( Mahammad Shukurzade - Chemical engineering)

 

   Qoruq Azərbaycanın paytaxtı olan Bakı şəhərindən 70 km. aralıqda yerləşir və Böyük Daş, Kiçikdaş, Cinqirdağ (Yazılı təpə), Şonqar və Şıxqaya dağları zonasını əhatə edir. Ərazi quru subtropik iqlimə malikdir. Qobustan Dövləttarixi-bədii qoruğu - açıq səma altında muzeydir. Qoruğ Qobustan qayaüstü rəsm abidələrini öyrənir, qeydə alır və qoruyur. Qobustan qayaüstü rəsmləri 1939-cu ildə Cinqirdağ dağının yamacında və Yazılı təpənin baş hissəsində aşkar edilib. Abidənin sistematik öyrənilməsi 1947-ci ildən başlayaraq həyata keçirilir. Qobustan qayaüstü rəsmlərini ilk dəfə kəşf edən Azərbaycan arxeoloqu İ.Cəfərzadə olmuşdur. Hal-hazırda sayı 1000-dən çox olan daş və qaya üzərində əks olunan 6 000-dən çox təsvir və işarə qeydə alınmışdır. Onlar mövzu və süjet baxımından öz müxtəlifliyi ilə seçilir. Qobustan təsvirləri üçün əsasən qayalar üzərində öndən və yandan barelyefin əksi kimi, silueti qazılmış qədim kişi və qadın şəkilləri səciyyəvidir. Kişilər möhkəm bədənli, bellərində kəmərçin silahlanmış halda təsvir edilmişlər. Qadın şəkillərində döşlər qabarıq, baldırlar iri verilmişdir. Onlar nəsl davamçıları kimi təsvir edilmişdir. Qobustan qaya rəsmləri vaxtı ilə bu ərazidə yaşamış bütün heyvan növlərinin - öküz, keçi, gur, maral, ceyran, donuz, at, şir, canavar, it və s. təsvirlərindən ibarətdir. Burada balıq, ilan, kərtənkələ və həşarat şəkilləri qeydə almmışdır. Hehvan şəkilləri əsasən kontur xətlə verilmişdir. Qobustanın qayaüstü təsvirləri tək mövzu müxtəlifliyi ilə deyil, həmçinin onların kompozisiyalığı ilə də zəngindir. Burada kollektiv əmək, ov, rəqs, biçin, döyüş, ritual və s. səhnələrə rast gəlmək olar. Qobustan qayaüstü rəsmləri təxminən 40 000 il bizim eradan əvvəlki dövrdən (üst poleolit) başlayaraq orta əsrlərə gədərki müxtəlif dövrləri əhatə edir.
Qayaüstü rəsmlərlə yanaşı epiqrafik yazılara da rast gəlmək olar. Burada ərəb, fars yazıları, eləcə də bizim eranın I əsrində Roma imperiyasının XII leqionu tərəfindən latın hərfləri ilə daş üzərində yazı da aşkar edilmişdir. XX əsrin 60-cı illərindən qoruğun ərazisində arxeoloji qazıntılar aparılır. Qazıntılar nəticəsində 20 ibtidai insan dayanacaqları və mağaralar və 40-a qədər tunc dövrünə aid kurqanlar aşkar edilib. Qoruğun fondunda 105 000-dən çox müxtəlif təyinatlı arxeoloji materiallar saxlanılır. Bunlardan ov və əmək alətləri, məişət əşyaları və s. daş dövrünün əmək alətləri əsasən çay daşı, çaxmaq və sümükdən hazırlanmışdır. "Firuz" düşərgəsində aparılan qazıntılar zamanı 11 insan skeleti aşkar edilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə 1966-cı ildən Qobustan Dövlət tarixi-bədii qoruğu elan edilib, həmin ildən Qobustan qayaüstü rəsmləri Dövlət tərəfindən qorunur.

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2017