Şərif Ağayarın “Arzulardan sonrakı şəhər” romanı müzakirə edildi Şərif Ağayarın “Arzulardan sonrakı şəhər” romanı müzakirə edildi

, baxılıb - 356 dəfə

  Bakı Mühəndislik Universitetində Pedaqoji fakültənin Azərbaycan dili və ədəbiyyatı kafedrasında yazıçı Şərif Ağayarla görüş  keçirildi. Görüşdə “Müstəqillik illəri Azərbaycan ədəbiyyatı” fənni çərçivəsində Şərif Ağayarın “Arzulardan sonrakı şəhər” romanı müzakirə edildi. Görüşdə tələbələrlə yanaşı, Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, dos. Emin Ağayev, Pedaqoji fakültənin elmi işlər üzrə dekan müavini Kənan Bəşirov, filologiya elmləri üzrə fəlsəfə doktoru Sədrəddin Hüseyn, kafedranın baş müəllimləri Rəhman Quliyev və Ülvi Babasoy iştirak etdilər. Görüşdə yazıçının romanı təhlil edildi və müəllifə suallar verildi.

 

 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 
 

©2020