İstanbul Kültür Universitetinin əməkdaşları Bakı Mühəndislik Universitetinin qonağı oldu İstanbul Kültür Universitetinin əməkdaşları Bakı Mühəndislik Universitetinin qonağı oldu

, baxılıb - 44 dəfə

      İstanbul Kültür Universitetinin Avropa və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Seçkin Taygun Altıntaş və əməkdaşı Kübra Mertel BMU-nun Xarici Əlaqələr və Layihələrin İdarə Olunması şöbəsinin qonağı oldu. Qonaqlara universitetin yaranması, fakultələr və kafedralar, universitetdə fəaliyyət göstərən texnopark və s. ilə bağlı ətraflı məlumat verildi. Şöbənin müdiri Sevil İmanova qısa müddətdə müxtəlif mübadilə proqramları və ali təhsil müəssisələri  ilə qurulmuş əməkdaşlıqlar barədə danışdı. Daha sonra İKÜ ilə Erasmus+ KA1 çərçivəsində yeni əməkdaşlıq əlaqələrinin başladılması üçün ətraflı müzakirələr aparıldı, ingilis dilində tədris olunan ortaq ixtisaslar müəyyənləşdirildi. Onu da qeyd edək ki, bir  müddət əvvəl İstanbul Kültür Universiteti ilə Bakı Mühəndislik Universiteti arasında “İkitərəfli əməkdaşlıq müqaviləsi” imzalanmışdır.

 

http://iro.beu.edu.az/az/news/Officials-of-Istanbul-Kultur-University-visited-to-the-Baku-Engineerin

 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2018